Bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir
09.04.2019 [09:41]
Millət vəkillərinin fikrincə, Aprel döyüşləri ordumuzun döyüş qabiliyyətinin yüksək olduğunu bir daha təsdiqlədi
Məlum olduğu kimi, Azərbaycanda ordu quruculuğu istiqamətində sistemli və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Dövlətimiz müdafiə qabiliyyətinin daha da artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi önəm verir. Bunun qanunauyğun nəticəsidir ki, yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və qarşıya qoyulan istənilən vəzifəni icra etməyə qadirdir. Bunu 2016-cı ilin Aprel döyüşləri də sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşü zamanı çıxışında da bu məqama xüsusi olaraq toxunub. “Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Dövlət başçısı, həmçinin Aprel döyüşlərinin bütün dünyaya Azərbaycan Ordusunun bu gün ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən anda istənilən vəzifəni icra edə biləcəyini göstərdiyini, Ermənistanın yaratdığı mifin tamamilə darmadağın edildiyini bildirib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən də bəhs edib. Dövlət başçısı bildirib ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, müharibə şəraitində yaşayan respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti son 15 ildə eyni ardıcıllıqla davam etdirilib və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatı yüksək səviyyəyə çatdırılıb. Ali Baş Komandanın tapşırığına əsasən ordumuzun gücləndirilməsi prosesi davamlı surətdə həyata keçirilir. Son illər ərzində hərbi potensialımız xeyli dərəcədə artıb. 2018-ci ildə Bakının “Azadlıq” meydanında keçirilən iki möhtəşəm hərbi parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün Silahlı Qüvvələrimizin arsenalında bir sıra ölkələrdən alınan ən müasir silahlar - hava hücumundan müdafiə sistemləri, tanklar və digər zirehli texnika, pilotsuz uçuş aparatları, hədəfləri yüksək dəqiqliklə müəyyənləşdirən və məhv edən qurğular və s. cəmləşib”.
Millət vəkilinin sözlərinə görə, kimsəyə sirr deyil ki, ordu quruculuğu baxımından Azərbaycan hazırda dünyanın güclü ölkələrindən biridir. Həm xaricdən alınan, həm də yerli istehsal olan silah-sursat sayəsində ordumuzun maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə möhkəmlənib: “Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdəki çıxışında da qeyd edib ki, bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmlənməsi və şəxsi heyətin peşəkarlığının artması beynəlxalq səviyyədə də etiraf olunur. 2016-cı ilin Aprel döyüşləri də bu faktı təsdiqləyir”.
“Azərbaycanda güclü ordu quruculuğunun, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinin, həmçinin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinin, əsgər və zabitlərin xidmət, məişət şəraitinin yaxşılaşdırılmasının davamlı olaraq diqqət mərkəzində saxlanılması, bu kimi məqsədlər üçün ayrılan vəsaitin həcminin getdikcə artırılması heç də təsadüfi deyil. Məlumdur ki, ölkəmiz müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzünə məruz qalıb”. Bu fikirləri isə Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.
M.Xəlilov bildirib ki, Azərbaycan 20 faizədək torpaqlarının işğala məruz qalması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Onun sözlərinə görə, dövlətimiz ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda fəal iştirak edir və birmənalı olaraq, konstruktiv mövqe ortaya qoyur, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır.
“Amma Azərbaycan işğalçı Ermənistanın mövcud status-kvonu müxtəlif spekulyativ vasitələrlə uzatmaq cəhdlərinə dözmək niyyətində deyil. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü başqa vasitələrlə, ilk növbədə isə Silahlı Qüvvələrinin gücü ilə təmin etmək niyyətindədir. Məhz buna görə də ölkəmizdə güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdəki çıxışında respublikamızın ordu quruculuğu sahəsində əldə etdiyi uğurlardan məmnunluğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fakt deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24

