“The Washington Times” Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
28.03.2019 [09:41]
ABŞ-da çıxan “The Washington Times” qəzetində amerikalı siyasi şərhçi, Beynəlxalq Münasibətlər Şurasının üzvü Monika Kroulinin Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərindən bəhs edən məqaləsi dərc olunub.
ABŞ şərhçilərindən ibarət nümayəndə heyətinin tərkibində bu yaxınlarda Bakıda olmuş M.Krouli yazır ki, ölkədə vüsət alan tikinti bumu XX əsrin hüdudlarındakı Texası xatırladır. Lakin bu bum ayfonların, “Starbucks” kafesinin və Bakı küşələrində “Uber”in olması ilə müşayiət edilir.
Azərbaycanda bütün söhbətlər enerji sektoru - neft, təbii qaz, boru kəmərləri, beynəlxalq neft müqavilələri ilə bağlıdır. Neft-qaz sahəsi Azərbaycanın ümumi daxili məhsulunun 41 faizini və onun ixracatının 90 faizini təşkil edir. M.Krouli yazır ki, sovet hakimiyyətinin onilliklər boyu sürən əsarətindən sonra Azərbaycanda əsasən neft və qazın hərəkətə gətirdiyi kapitalizm özünə möhkəm yer edib.
Müəllif vurğulayır ki, bu qədim torpaqda köhnə nə varsa, yeni görkəm alır. Marko Polonun İpək Yolu - Asiyadan İrana və Avropaya qədim ticarət yolları Azərbaycandan keçib. Bu gün Yeni İpək Yolu yaradılır. Krouli məqaləsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun onunla söhbətində səsləndirdiyi fikirlərə də yer ayırır. Qeyd edir ki, bu İpək Yolunda Şərqi Asiyanın iqtisadi mərkəzlərini böyüməkdə və təşəkkül tapmaqda olan Qərb bazarları ilə birləşdirən müasir nəqliyyat və kommunikasiya şəbəkələri üstünlük təşkil edir. O vaxt olduğu kimi, indi də Azərbaycan bu ticarət yolunun mərkəzi stansiyasıdır. Xəzər dənizinə çıxışının olması ölkəyə enerji resurslarının qlobal axını üçün mühüm tranzit və logistika mərkəzinə çevrilmək imkanı verib.
Sonra Krouli SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşündən, Səngəçal terminalına səfərindən söz açır. Yazır ki, Xəzər dənizinin nəhəng enerji resursları Aralıq dənizi hövzəsinə “səyahətinə” “British Petroleum” şirkəti ilə əməkdaşlıq şəraitində idarə olunan bu terminaldan başlayır. Azərbaycan enerji resurslarının Avropaya idxalının şaxələndirilməsinə xüsusi töhfə verir.
Müəllif Azərbaycanın iqtisadi nailiyyətlərinə münasibət bildirərək, ölkə iqtisadiyyatının şaxələndirilməsinin əhəmiyyətindən, ölkə rəhbərliyinin aqrar biznesi inkişaf etdirmək və xarici investisiyalar cəlb etmək səylərindən yazır. Vurğulayır ki, neft-qaz sahəsinin üstünlük təşkil etməsinə baxmayaraq, hökumət bərpa olunan enerji mənbələrinə, o cümlədən külək enerjisinə sərmayə yatırır.
Monika Krouli fikrini belə tamamlayır: “Azərbaycanın coğrafi mövqeyi onun təkcə iqtisadi sahədə iri aktor olmasına deyil, geostrateji aktor olmasına da geniş imkanlar açır. Azərbaycan İslam dünyasında ilk demokratik, dünyəvi və parlamentli respublika və dünyada qadınlara seçki hüququ vermiş ilk ölkələrdən biri olub. Dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır. Bəlkə də bu, Azərbaycanın neft və qazdan daha dəyərli məhsuludur”.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47

