Ermənistanın məsuliyyətdən yayınmaq və danışıqlar prosesini pozmaq cəhdləri baş tutmayacaq
12.03.2019 [10:06]
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında ifadə olunan fikirlər Paşinyanın populist siyasətinin iflasını göstərir
Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın həyata keçirdiyi milli maraqlara əsaslanan siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin formalaşdırıb. Digər tərəfdən, Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni beynəlxalq ictimaiyyət bu münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Qeyd etdiyimiz kimi, son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.
Bütün bunlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa çalışması heç kəsə sirr deyil. Bu ölkə tərəfindən danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Təbii ki, bütün bunlar yolverilməzdir, qəbul edilmir. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı da bu baxımdan xüsusi vurğulanmalıdır.
Əlbəttə, Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə imkan verməyəcək. Hər şeydən əvvəl, ölkəmiz öz iqtisadi və hərbi qüdrətinə, yüksək beynəlxalq nüfuzuna güvənir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ona görə də Ermənistan rəhbərliyi reallıqları düzgün dəyərləndirməli, danışıqlar prosesinə xələl gətirən absurd iddialar səsləndirməkdən çəkinməli, qeyri-konstruktiv mövqe nümayiş etdirməməlidir.
Bununla yanaşı, bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, işğalçı siyasətini davam etdirən, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistana qarşı təzyiq edilməsi zərurətdir. Çünki ortada işğal faktı var və mövcud status-kvo qəbuledilməzdir. Elə münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana təzyiq etməsi olduqca vacibdir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqı rəsmiləri ilə son görüşlərdə bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə etdi. Bundan dərhal sonra həmsədrlər bəyanatla çıxış etdilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Yəni xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Bütövlükdə, Ermənistanın məsuliyyətdən yayınmaq və danışıqlar prosesini pozmaq cəhdləri baş tutmayacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Paşinyanın populist siyasətinin iflasa uğradığını göstərir. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır, danışıqların formatının dəyişdirilməsinə dair səsləndirilən absurd iddialar qəbuledilməzdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51

