/ / ADA Universitetində Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib
ADA Universitetində Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib
26.02.2019 [08:47]
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir. Ciddi narahatlıq doğuran fakt bəzi ölkələrin hüquqi və fiziki şəxslərinin Ermənistan və qeyri-qanuni rejimlə əməkdaşlıq edərək, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmasıdır. Bu sırada Avropa ölkələrinin hüquqi və fiziki şəxsləri də yer alırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 25-də ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında səsləndirilib.
Hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyəti sübut edən kifayət qədər konkret faktlar təqdim olunub. İşğal edilmiş ərazilərin “AzərKosmos” ASC tərəfindən əldə olunan yüksək görüntülü peyk şəkilləri, ümumilikdə, peyk məlumatları 2016-cı ilin hesabatında verilən informasiyanı sübuta yetirir və həmin hesabatın bir sıra əsas nəticələri burada göstərilir. Hazırkı hesabat isə altı hissədən ibarətdir. Buraya məskunlaşdırma işinin aparılması və bu məqsədlə daimi sosial infrastrukturların tikintisi, təbii ehtiyatların istismarı və talan edilməsi, daimi infrastruktur dəyişiklikləri, kənd təsərrüfatı və su ehtiyatlarının istismarı, dövlət və özəl mülkiyyətin, o cümlədən tarixi və mədəni irsin dağıdılması və ətraf mühitə vurulan ziyan daxildir.
“Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin əhəmiyyətinə toxundu. Qeyd etdi ki, təqdimatda çox sayda nüfuzlu qonaqlar iştirak edir. Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşıldığını deyən rektor işğal olunmuş ərazilərdə peykdən çəkilən şəkillərin beynəlxalq təşkilatlara təqdim edilməsinin əhəmiyyətinə toxundu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət mövzusunun daha da inkişaf etdirilməsini davamlı olaraq diqqət mərkəzində saxlamaq üçün tapşırıqlar verir. Müasir peyk texnologiyalarının münaqişələrin xəritələrinin çəkilməsində, qeyri-qanuni fəaliyyətin, hərbi cinayətlərin və bəşəriyyətə qarşı cinayətlərin sənədləşdirilməsində və sübutların təmin edilməsində böyük rol oynadığını deyən Hikmət Hacıyev qeyd edib ki, münaqişə ərazisi kimi Azərbaycanın işğal olunmuş əraziləri barədə məlumat əldə etməkdə çətinliklər var. Ermənistan tərəfi orada törətdiyi cinayət əməllərini gizlətmək üçün müxtəlif vasitələrə əl atır. Amma bu gün peyk dövləti Azərbaycan öz peyk imkanları vasitəsilə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməlləri ifşa etmək və onu beynəlxalq ictimaiyyətə təqdim etmək imkanlarına malikdir.
“ATƏT-in 2005-ci və 2010-cu illərdəki faktaraşdırıcı və qiymətləndirmə missiyaları Azərbaycanın zəbt edilmiş torpaqlarında qeyri-qanuni fəaliyyətin, o cümlədən qeyri-qanuni məskunlaşdırmanın fundamental sübutlarını müəyyən ediblər”, - deyən Prezident Administrasiyasının rəsmisi həmin vaxtdan etibarən, Ermənistanın bu qəbildən növbəti qiymətləndirmə missiyalarının təşkil edilməsinə hər vəchlə mane olduğunu diqqətə çatdırıb. 2016-cı ildə Azərbaycan tərəfinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” başlıqlı hesabat göstərdi ki, qeyri-qanuni hərəkətlərin coğrafiyası və miqyası inanılmaz dərəcədə genişlənib. Beynəlxalq humanitar hüquqa, ATƏT-in Minsk qrupunun və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan, Ermənistan və ona tabe olan qanunsuz rejim, işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun ətrafında yerləşən rayonlarda ermənilərin sayının süni şəkildə artırılmasına çalışaraq, tam əksinə mövqe nümayiş etdirir. Beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması qadağandır. Bu qəbildən olan fəaliyyət hərbi cinayət kimi təfsir olunmalıdır.
“Biz beynəlxalq ictimaiyyətə müraciət edərək, onu həm Ermənistandan, həm də xarici ölkələrdən insanları işğal altındakı ərazilərə köçürmək və həmin yerlərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aparmaq istiqamətində Ermənistanın bu gün göstərdiyi səyləri pisləməyə çağırırıq”, - deyən Hikmət Hacıyev vurğulayıb ki, eyni zamanda, Azərbaycan Respublikası, beynəlxalq hüquq əsasında öz öhdəliklərinə uyğun olaraq, beynəlxalq ictimaiyyətin bütün üzvlərinə üz tutaraq, onlardan xahiş edir ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı öz ərazilərindən olan hər hansı fiziki və hüquqi şəxslər tərəfindən aparılan fəaliyyətə, xüsusən də, Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın digər işğal edilmiş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin aparılmasına və ya onun üçün şəraitin yaradılmasına son qoya biləcək öz milli qanunvericiliyi əsasında səmərəli tədbirlər görsünlər.
“AzərKosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib ki, bu mövzu nəinki Azərbaycana, ümumilikdə regiona aiddir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir, - deyən Rəşad Nəbiyev vurğuladı ki, peykdən əldə olunmuş şəkillər qeyri-qanuni fəaliyyəti tam sübut edir və Azərbaycan peyklərindən işğal altında olan tarixi torpaqlarımızda ermənilərin törətdiyi talanlar, vəhşikliklər və dağıdıcı fəaliyyətlə bağlı konkret dəlillərin əldə olunmasında istifadə edilir. Şəkillər həm də müxtəlif yerlərdə təbii ehtiyatların intensiv şəkildə talan olunmasını göstərir.
Dağlıq Qarabağ və işğal altında olan digər torpaqlarımızda mədəni abidələr dağıdılır, kənd təsərrüfatı üçün torpaqlarda yanğınlar törədilir, su ehtiyatları məhv edilir və bu fəaliyyət ümumilikdə regionun ekoloji durumuna mənfi təsir göstərir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

