/ / Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
23.02.2019 [10:29]
Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında təhlükəsizlik, sabitlik və inkişafın önəmindən danışıb. Bildirib ki, 2008-ci ildə qəbul edilən Helsinki sənədində insan hüquqlarının qanunun aliliyi və demokratiya ilə əlaqəli olduğu və bir-birini tamamladığı göstərilib. Bəzi hallarda ziddiyyətli səbəblər üzündən insan hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına baxılır. Bunun üçün, əlbəttə ki, hüquqi baza mövcuddur. Təbii ki, yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərəf və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz. Lakin bu sahədə mövcud olan vəziyyət göstərir ki, bu, heç də hər zaman mümkün olmur. Təəssüflər olsun ki, fövqəladə şəraitdə insan hüquqları kimi anlayış mövcuddur.
B.Muradova xüsusilə vurğulayıb ki, sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Qaçqın və məcburi köçkünlərin problemləri mənə çox yaxındır. Mənim ölkəmi ikiyə bölən təmas xətti seçildiyim dairənin mərkəzindən keçir”.
Deputat bildirib ki, fövqəladə hallara uyğun vəziyyətdə yaşayan insanların - qadınların, uşaqların və yaşlıların həyatı ciddi təhlükə altındadır: “Biz diqqəti onların təhlükəsiz və qorxusuz həyat təminatına yönəltməliyik. Bu məhdudiyyətlər fövqəladə şəraitin tələblərinə uyğun olmalı və yalnız nadir hallarda tətbiq edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22

