Əli Kərimlinin yalanları növbəti dəfə ifşa olundu
05.02.2019 [09:43]
Yanvarın 31-də radikal antimilli ünsürlərin xalq tərəfindən dəstəklənmədiyi bir daha sübuta yetirildi
Ölkəmizin ictimai-siyasi həyatında heç bir rola malik olmayan, xalq tərəfindən dəstəklənməyən radikal müxalifət düşərgəsi öz varlığını sübut etmək üçün müxtəlif yollara əl atmaqdadır. Anti-azərbaycançı mərkəzlərin sifarişi və direktivləri əsasında fəaliyyət göstərən radikal ünsürlər adıçəkilən dairələrdən ianələr almaq üçün mitinq şouları “təşkil edir”, özlərini təsdiqləməyə çalışırlar. Hər dəfə də acı fiasko ilə üzləşən dağıdıcı ünsürlər biabırçılıqlarını sosial şəbəkələrlə ört-basdır etməyə çalışır, “gələn mitinqə” insan axınının gələcəyinə “söz verirlər”.
Eyni aqibət radikal düşərgədə yenidən müşahidə olunmaqdadır. Öncəki aksiyalarda hətta min nəfəri belə “Məhsul” stadionuna yığa bilməyən radikal ünsürlər yalançı pafoslarından əl çəkmir, yenə də gözə kül üfürməklə məşğul olurlar. Bu “qüvvə”lərin xalqın dəstəyini tam şəkildə itirdiyini yanvarın 19-da “Məhsul” stadionunda keçirdikləri və cəmi 2000-dən bir az artıq adamın iştirak etdiyi mitinq də sübut etdi.
Qeyd edilməlidir ki, yanvarın üçüncü ongünlüyü başlayar-başlamaz yenə də sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin anadan olması ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən, minlərin, on minlərin bu “aksiya”ya qoşulacağına söz verən qondarma “Milli şura”, “Müsavat”, AXCP və digər partiyalar nəticədə cəmi 120-130 adamla “kifayətləniblər”.
KİV nümayəndələrinin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “Milli şura” adlanan qondarma qurumun rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəlib. Elə Müsavat Partiyasının fəallarının da sayı bu qədər olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə cəmisi 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Ağız dolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 120-130 adamla qatıla biliblər.
Əslində, radikal müxalifət düşərgəsinin üzvlü, tərəfdarlı, qohum-əqrəbalı elektoratının real sayı cəmi bu qədərdir. Əli Kərimli, Cəmil Həsənli və ya digər özünü “lider” sayanların danışdıqları yalanlar, sadəcə, kameralara və yalan təbliğata hesablanıb. Elə onların yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət zamanı yaradılmasına çalışdıqları süni qarşıdurmanın da əsasında bu amil dayanırdı. Cəmisi beş-on adamla ziyarətə gələn Əli Kərimli digər ziyarətçiləri də “öz ayağına” yazmaq üçün dəridən-qabıqdan çıxırdı. Bunun nəticəsi idi ki, Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. O, utanmadan deyirdi ki, polis qəsdən “Milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər. Halbuki ətrafdakı insanların mühüm əksəriyyəti Əli Kərimlinin bu siyasi manipulyasiyasını pisləmişdi.
Bəs, görəsən, “Milli şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına həmin on minləri niyə aparmayıb? Niyə oraya cəmi 120-130 adamla gəlib? Axı Əli Kərimlinin özünün təbirincə desək, polis onlara heç bir maneçilik törətməmişdi! Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Bəli, bu, növbəti dəfə bir faktı təsdiqləmiş olur ki, ermənipərəst dairələrin ölkəmizə qarşı apardığı çirkin kampaniyaların tərkib hissəsi kimi çıxış edən radikal ünsürlər sifarişlər və direktivlər əsasında fəaliyyət göstərirlər. Eyni zamanda, uğradığı bu rəzillik Əli Kərimli və onun tərəfdarlarının hakimiyyətin son tədbirlərini - struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və Birinci vitse-prezidentin tapşırıqlarını, şəhid ailələri ilə keçirilən görüşü, dövlətin bu kateqoriyadan olan insanlara yüksək münasibətini və qayğısını, bununla bağlı verilmiş Fərman və sərəncamları 19 yanvar mitinqinin effekti ilə izah etmək cəhdinin sabun köpüyündən başqa bir şey olmadığını göstərir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

