Bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən qanunsuzluqlara niyə göz yumur?
31.01.2019 [08:56]
Bu, Avropa Parlamentinin və digər beynəlxalq qurumların ikili standartlarının daha bir göstəricisidir
Məlum olduğu kimi, Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryan dünyasını dəyişib. Məlumat üçün bildirək ki, M.Yeqiazaryan siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. O, ötən il dekabrın 5-dən həbsxanada aclıq elan etmişdi. Ermənistan mətbuatı yazır ki, artıq ölkə daxilində bu hadisəyə görə baş nazir Nikol Paşinyanın istefası tələbi də səsləndirilir. Məlumatlarda o da bildirilir ki, M.Yeqiazaryanın ölümündə indiki hakimiyyətin, xüsusilə baş nazir N.Paşinyanın günahlandırılması da səbəbsiz deyil. Bu hadisənin 10 günə yaxın gizlədilməsi, bununla belə, onun aclıq aksiyası keçirdiyi müddət ərzində hakimiyyətin müvafiq qurumları tərəfindən heç bir reaksiyanın verilməməsi və aksiyanı dayandırmaq, ən azından onun ölümünün qarşısını almaq üçün məcburi tədbirlər görülməməsi bu qəbildən olan haqlı narazılıqlardandır. Həbsxanada aclıq aksiyası elan edən, siyasətlə, eyni zamanda, jurnalist fəaliyyəti ilə məşğul olan bu şəxsin ölümünə görə erməni mətbuatı tərəfindən N.Paşinyan ciddi tənqid atəşinə tutulsa da, baş nazir susmağa üstünlük verir. Bunun müqabilində Paşinyan keçirdiyi son toplantıların birində konkret şəkildə olmasa da, üstüörtülü olaraq onun siyasətinə qarşı hər hansı şəkildə etiraz edənlərə və aksiya keçirənlərə, onun əleyhinə yazanlara xəbərdarlıq etməkdən də çəkinməyib. N.Paşinyanın özünü arxayın aparmasına səbəb isə, çox güman ki, Avropa Parlamenti (AP) başda olmaqla, Qərbdəki bir sıra beynəlxalq qurumların Ermənistan hakimiyyətinin qanunsuz əməlləri qarşısında səssiz qalmasıdır.
Ermənistanda haqqında məhkəmə qərarı olmayan bir vətəndaşın, habelə siyasət və jurnalist fəaliyyəti ilə məşğul olan bir şəxsin ölümünə göz yumulmasına baxmayaraq, Qərbin, o cümlədən Azərbaycanda baş verən adi məişət hadisəsinə də reaksiya verən bəzi avropalı siyasətçilərin və qurumların susması, təbii ki, təəccüb doğurur. Ən azı ona görə ki, bu yaxınlarda Mehman Hüseynovun məsələsi ilə bağlı dayanmadan bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər və mətbuat orqanları Ermənistanda baş verənlərin üstündən sükutla keçməyi üstün tuturlar. Bu isə başda AP olmaqla bir sıra beynəlxalq qurumların ikiüzlü siyasətindən xəbər verir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Avropa Parlamentinin bugünkü fəaliyyətində qeyri-müəyyənlik baş verir. Ölkələrə qarşı münasibətdə ikili standartlar və müəyyən maraqlara xidmət özünü göstərməkdədir. Avropa Parlamentində aparılan siyasətə təəssüfünü bildirən deputat söyləyib ki, burada Azərbaycana qarşı fərqli münasibətin göstərilməsi, Mehman Hüseynovla bağlı əsassız addımlar, ölkəmizdə insan haqları ilə bağlı heç bir həqiqətə uyğun olmayan bəyanatların səsləndirilməsi qarşılığında Ermənistanda, eləcə də Avropanın özündə baş verənlərə susması göstərir ki, Avropa Parlamentinin yürütdüyü siyasi xətt heç də demokratik əsaslara söykənmir. Bu xətt yalnız müəyyən maraqlara xidmət edir.
Millət vəkili deyib ki, Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biridir: “Görünür, bu gün ölkəmizin hərbi, iqtisadi gücü, ictimai-siyasi sabitlik bəzi dairələri narahat edir. Buna görə də Azərbaycana qarşı ikili standartlı yanaşma mövcuddur”.
Avropa Parlamentinin Ermənistandakı özbaşınalıqlara səssiz qalmasına təəssüfünü bildirən A.Badamov qeyd edib ki, düşmən ölkədə insan hüquqları deyilən bir məfhum yoxdur: “Orada həm əvvəlki, həm də indiki rejim insanlara qarşı çox sərt mövqedə olmaqla yanaşı, xunta rejimi bu gün də davam etməkdədir. Nədənsə Avropa Parlamenti, demokratiyadan dərs keçənlər bu reallıqları görmürlər. Məhz bunun nəticəsidir ki, dünyada özbaşınalıqlar daha da çoxalır”.
Milli Məclisin deputatı Sona Əliyeva isə deyib ki, Mqer Yeqiazaryanın ölümü Ermənistandakı rejim dəyişikliyinin insan hüquqları sahəsində heç bir yenilik gətirmədiyinin göstəricisidir. Millət vəkili bildirib ki, insan haqlarının kobud şəkildə pozulmasının məsuliyyəti hazırkı Nikol Paşinyan hakimiyyətinin üzərindədir: “Əsl insan hüquq və azadlığının pozulması Ermənistanda yaşanıb. Təcridxanada aclıq aksiyası keçirən jurnalist və siyasətçi ölüb. Qərb təşkilatları, Avropa Birliyi, Avropa Parlamenti, AŞPA kimi təşkilatlar bununla bağlı qətnamələr qəbul etməlidirlər. Əgər onlar bu məsələdə susacaqlarsa, deməli, Azərbaycana qarşı ikili standartlarla yanaşdıqlarını etiraf etmiş olacaqlar. Biz Azərbaycanın millət vəkili olaraq bu məsələni diqqətdə saxlamalıyıq. Avropa Parlamentinə müraciətlər ünvanlamalıyıq. Vətəndaş cəmiyyəti institutlarımız da bu məsələdə susmamalıdırlar. Onlar da Qərbin insan hüquqlarını qoruyan təşkilatları qarşısında məsələ qaldırmalıdırlar. Avropa Parlamenti Mqer Yeqiazaryanın ölümünə səssiz qalmamalıdır”.
S.Əliyevanın fikrincə, Qərb təşkilatlarının Mqer Yeqiazaryanın ölümünə susmasının bir neçə səbəbi var: “Mehman Hüseynov məsələsində hay-küy salan Dunya Miyatoviç və digərləri Avropadakı anti-Azərbaycan qüvvələrinin “himayəsi” altındadır. Erməni lobbisi imkan verməz ki, onlar Mqer Yeqiazaryanın ölümü haqqında nəsə desinlər. Avropa Parlamentindəki bir sıra siyasətçilər ikili standartların mahir ifaçılarıdır. Onlar Azərbaycanın Cənubi Qafqazda güclənməsini istəməyənlərin, regional və beynəlxalq layihələrdə əsas faktor olmasını istəməyənlərin tapşırıqlarını yerinə yetirirlər. Əgər belə olmasaydı, 45 gün aclıq aksiyası keçirən bir jurnalistin ölümünə görə İrəvana sərt sanksiyalar tətbiq edərdilər. Bu gün onların susması hər şeyi açıb ortaya qoyur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

