Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

24.01.2019 [09:51]

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.
- Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü barədə nə deyərdiniz?
- Bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.
Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub.
Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30