/ / Prezident Sauli Niinistö: Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur
Prezident Sauli Niinistö: Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur
24.01.2019 [09:46]
Minsk qrupunun hazırkı prosesini dəstəkləyirəm. İndiki vəziyyət daha optimistdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Finlandiyanın Prezidenti Sauli Niinistö AŞPA-da azərbaycanlı deputat Rafael Hüseynovun sualına cavabında söyləyib.
Finlandiya Prezidenti AŞPA-da ölkəsinin quruma sədrliyi dövründə nəzərdə tutulan prioritetlərdən danışandan sonra parlamentarilərin suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Prezident Sauli Niinistöyə iki sualla müraciət edib. Birinci sual Azərbaycan və Finlandiya arasında inkişaf etməkdə olan iqtisadi münasibətlərlə bağlı olub. Deputat bu əlaqələrin ümumi mənzərəsini cızaraq, iki ölkənin iqtisadi əlaqələrini daha əhatəli edəcək hansı imkanların olmasını soruşub: “Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı olan iqtisadi münasibətlər ardıcıl şəkildə inkişaf edir. Azərbaycan ilə Finlandiya arasında ticarət dövriyyəsi durmadan artır. Bu gün Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində Finlandiyanın 13 şirkəti qeydiyyatdan keçib. Ölkənizin xarici ticarət və inkişaf nazirinin Bakıya 2018-ci ildəki səfərindən sonra bu əlaqələrin inkişafı baxımından hər hansı yeni mühüm perspektivlər müəyyənləşdirilibmi?”.
Finlandiya Prezidenti bu sualın cavabında bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin həqiqətən yaxşı perspektivləri var. Sizin mənə bu barədə fikirlərimi bölüşmək imkanı yaratmağınız yəqin ki, Azərbaycanla iqtisadi əlaqələr quran və bu niyyətdə olan fin şirkətlərini və müəssisələrini sevindirəcək. Belə şirkətlər və müəssisələr bizdə çoxdur. Biz urbanizasiya dövründə yaşayırıq. Bunun müsbət tərəfləri olduğu kimi, təbii ki, yaratdığı problemlər də var. Bu istiqamətdə fəaliyyət göstərən, məhz urbanizasiyadan doğan problemlərin həlli sahəsində xidmət göstərən müəssisələrimiz var. Onlar yalnız ölkəmizdə deyil, iqtisadi əlaqələr qurduğumuz ölkələrdə də eyni məsələlərin həlli ilə məşğul olmaqda maraqlıdırlar. Məsələn, su təmizlənməsi, yol çəkilişi və bu qəbil sahələr üzrə işləyən müəssisələrin əməkdaşlıq imkanları genişdir. Perspektivlər çoxdur. İndiyədək etdiklərimizdən daha çox iş görməliyik.
İkinci sual, Azərbaycan üçün xüsusi önəm daşıyan Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Azərbaycan nümayəndə heyətinin üzvləri, adətən, hər münasib imkandan istifadə edərək bu mövzunun gündəmə gətirilməsinə cəhd edirlər və Finlandiyanın ATƏT-in Minsk qrupuna üzv ölkələrdən olması indi növbəti dəfə bu məsələdən bəhs etməyə imkan yaradırdı.
Rafael Hüseynov Prezident Sauli Niinistöyə belə sualla müraciət etdi: “Hələ 1992-ci ildə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis edilərkən Dağlıq Qarabağ probleminin həlli məsələsində Finlandiya həmsədrlərdən biri seçilmişdi. Siz bu gün də Minsk qrupunda varsınız və Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi də həllini tapmadan qalır. Bir münasib tərəfdaş kimi getdikcə daha sıx iqtisadi, mədəni əlaqələr qurduğunuz Azərbaycanın bu ümdə probleminin həll istiqamətində hansı yeni səylərinizi gözləyə bilərik?”.
Finlandiya Prezidenti bəyan edib ki, hərbi münaqişələrin, qaçqınlar probleminin və bunlardan törəyən digər fəsadların aradan qaldırılmasında, əslində, hamımız maraqlıyıq. Çünki bunun bu və ya digər dərəcədə hamıya təsiri var. Azərbaycanın problemi də bizə yaxşı tanışdır, bu münaqişənin tezliklə sülh yolu ilə, diplomatik vasitələrlə həllində maraqlıyıq və Minsk qrupu çərçivəsində buna istənilən dəstəyi göstərməyə hazırıq. Son dövrdəki müşahidələrimiz, danışıqlar prosesi optimizmdən xəbər verir. Ümid var ki, Azərbaycan və Ermənistanın maraqlarına optimal cavab verən qərarlar qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

