Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
23.01.2019 [09:57]
Yanvarın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından danışıb. Bildirib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 7 məsələ və o cümlədən 3 qanun layihəsi müzakirə olunub. Müzakirəyə çıxarılan hər bir qanun layihəsi Milli Məclisdə qəbul olunub.
Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar.
İclasda, həmçinin 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub. Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər.
Sonra komitənin iş planı təsdiqlənib.
Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.
İclasda “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun mövcud redaksiyasına əsasən, fərdi identifikasiya kartı vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin, bir sözlə, qanuni nümayəndəsinin müraciəti əsasında verilir. Vətəndaşın qanuni nümayəndələrinin müəyyən səbəblərə görə fərdi identifikasiya kartının alınması üçün müraciət etmək imkanının olmadığı hallarda digər şəxslərin fərdi identifikasiya kartının alınması üçün müraciətləri ilə bağlı münasibətləri dəqiq tənzimləmək məqsədilə qanuna bəzi dəyişikliklər təklif olunur. Belə ki, vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin də fərdi identifikasiya kartının alınması üçün müraciət etmək hüququ təmin olunacaq.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna təklif olunan dəyişiklik bu sənədin “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanuna uyğunlaşdırmaq məqsədilə hazırlanıb. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. Buna uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 6-cı maddəsinə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu ilə yanaşı, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının əlavə olunması təklif olunur.
Sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.
Bu Məcəlləyə təklif edilən digər dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.
Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39

