Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
11.12.2018 [09:49]
İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin insanlara olan sevgisini, səmimiliyini və özünə qarşı xeyirxahlığı qiymətləndirmək qabiliyyətini yüksək dəyərləndirib. AZƏRTAC xəbər verir ki, o, dahi şəxsiyyətlə bağlı düşüncələrini “Moskva-Bakı” portalına danışıb.
- Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir. Onu xatırladıqda, böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub. Şəxsiyyətinin miqyası çox nəhəng olan Heydər Əliyev özünün yüksək mədəniyyəti, cazibəsi, güclü iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı çox mühüm işlər görüb. Hər bir insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin xatirəsi ildən-ilə yeni keyfiyyətlərlə zənginləşərək, daim yaşayacaq.
Digər tərəfdən, biz hamımız Onun necə gözəl ata, baba, ömür-gün yoldaşı, silahdaşları üçün dost və yoldaş olduğunu xatırlamalıyıq. Düşünürəm ki, Onun bu keyfiyyətləri hər zaman yaddaşlarda qalacaq. Heydər Əliyev ətrafdakılar üçün çox dərin düşüncəyə malik və əhəmiyyətli bir insan idi. O, gələcək nəsillərə çox vacib miras qoyub. Heydər Əliyevi əvəz edən nəslin nümayəndələri Onun şəxsiyyətinin miqyasının böyüklüyünü daim nəzərdən keçirməli, öyrənməli və lazımınca qiymətləndirməlidir.
Yolunun Onunla kəsişdiyi ən xoşbəxt insanlardan biri də mənəm. Əlbəttə, həyatda qismətimiz olan xidməti mövqe, vəzifə baxımından mən Onun yanında deyildim. Lakin biz bir neçə dəfə görüşmüşük. Bu görüşlər məndə və ailə üzvlərimdə böyük təəssüratlar doğurub.
Prezident Administrasiyasında işlədiyim vaxt mənə yay mövsümü üçün xidməti bağ evi təklif etdilər. Böyük, gözəl və rahat bağ evi idi. Mən ona baxdıqdan və ən kiçik detalları nəzərdən keçirdikdən sonra elə təəssürat yarandı ki, sanki bağ evinin sahibi harasa çıxıb və indi qayıdacaq. Mən burada kimin yaşadığını soruşdum. Cavab verdilər: “Əliyev. O, indi xəstəxanadadır və bu bağ evinə qayıtmayacaq”. Doğrusu, mən bundan çox pis oldum. Nəticə olaraq, mən bağ evindən imtina etdim. Məni gözləməyə məcbur etdilər və uzun müddət heç nə vermədilər...İllər ötdü, mən bu hadisəni unutdum. Bağ evinin xidmətçilərindən biri bu əhvalatı Heydər Əliyevə danışıb. Uzun illər sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Biz qəbulların birində görüşdük və O, həmin hadisəni mənim jurnalist həmkarlarıma danışdı. Onun bu əhvalatı xatırlaması məni çox mütəəssir etdi!
...İnsanı həmişə kiçik detalların prizmasından qiymətləndirmişəm. Bu, onun çox yüksək vəzifə daşıdığı vaxt daha da mühümdür. Belə ki, onda insanlara sevgi hissi, səmimilik və hər zaman köməyə çatmaq kimi keyfiyyətlər üzə çıxır. Əgər bütün bunlar mövcuddursa, onda başa düşürsən ki, qarşındakı böyük şəxsiyyətdir. Onda heç bir zaman “başgicəllənmə” olmayacaq və bütün vəziyyətlərdə insani keyfiyyətləri ön planda tutacaq, böyük işlər haqqında düşünəcək və onları həyata keçirəcək. Fikirləşirəm ki, bütün bunlar sonradan kollektivə, şəhərə və ölkəyə sirayət edir. Son nəticədə isə ona gətirib çıxarır ki, ölkənin daxilində və ətrafında tamamilə fərqli mühit yaranır. Yalnız qeyri-adi taleyə və zəngin daxili mədəniyyətə malik olan şəxsiyyət bunu etməyə qadirdir.
Heydər Əliyev mənim üçün məhz bu cür şəxsiyyət idi.
Xəbər lenti
Hamısına baxSiyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 08:50
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09

