Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır
23.11.2018 [09:17]
Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına xidmət edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bunu şərtləndirən strateji faktor ölkəmiz tərəfindən səmərəli və uğurlu xarici siyasət kursunun həyata keçirilməsidir. Ümumiyyətlə, Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrini uğurla davam etdirir. Ölkəmizin qarşılıqlı faydalı əməkdaşlığa malik olduğu dövlətlərdən biri də Türkmənistan Respublikasıdır. Bu gün iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan ilə Türkmənistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.
Yeri gəlmişkən, ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına xidmət edir. Xatırlatmaq yerinə düşər ki, Türkmənistan tərəfinin xahişi ilə baş tutmuş bu səfərdən öncə Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər ediblər.
Beləliklə, Prezident İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində dövlətimizin başçısının Türkmənistan Prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü olub. Səfər zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ən əsası, səfər çərçivəsində dövlət başçılarının Birgə Bəyanatı, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq mövcuddur: “Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından olduqca əhəmiyyətlidir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladıqları Birgə Bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olunub. Bu, olduqca mühüm önəm daşıyır. Yəni Birgə Bəyanata əsasən, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir”.
S.Fətəliyevanın sözlərinə görə, ümumiyyətlə, dövlətimizin başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir: “Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin Birgə Bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının imzaladıqları Birgə Bəyanat bunun növbəti bariz nümunəsidir”.
S.Fətəliyeva onu da əlavə edib ki, səfər çərçivəsində dövlət başçılarının Birgə Bəyanatının, həmçinin Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilənin imzalanması ikitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm kəsb edir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə diqqətə çatdırıb ki, Azərbaycan ilə Türkmənistan arasında əlaqələr müxtəlif sahələri əhatə edir və strateji xarakter daşıyır: “Prezident İlham Əliyevin 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfəri strateji xarakter daşıyan əlaqələrin inkişafı baxımından olduqca mühümdür. Səfər çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparılması, müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilənin imzalanması xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi iki ölkənin maraqlarına, o cümlədən regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir”.
“Prezidentlərin Birgə Bəyanatında qeyd edilib ki, dövlət başçıları Azərbaycan Respublikasının və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Bundan əlavə, sözügedən sənəddə diqqətə çatdırılıb ki, dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər. Şübhəsiz ki, bütün bunlar tərəflər arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”, - deyə millət vəkili vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

