/ / Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən Eleni Teoxarus növbəti qalmaqal ilə gündəmə gəlib
Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən Eleni Teoxarus növbəti qalmaqal ilə gündəmə gəlib
15.11.2018 [09:29]
Avropa Parlamentinin Kipr Respublikasından olan deputatı Albaniya Respublikasında da arzuolunmaz şəxs elan olunub
Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən və bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısı”na daxil edilən, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə haqqında cinayət işi açılan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan deputatı Eleni Teoxarus növbəti qalmaqal ilə gündəmə gəlib. O, bu dəfə Albaniya Respublikasında da arzuolunmaz şəxs elan olunub.
Bəllidir ki, separatizmi, etnik təmizləməni təbliğ edən E.Teoxarus erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər etməklə təxribatçı hərəkətlərə yol vermişdi. AP-nin Kiprdən olan bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Bu şəxsin Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunub. Daha dəqiq desək, deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib.
Ümumiyyətlə, beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olan bu cür təxribatçı xarakterli hərəkətlər, o cümlədən qanunsuz səfərlər milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılması, beynəlxalq qanunvericiliyin tələblərinin pozulmasıdır. Belə qəbuledilməz hallar, həmçinin mənfi presedentlərin meydana çıxmasına rəvac verir. Ona görə də Albaniyanın qərarı heç də təəccüb doğurmur. Ən əsası, bu qərarın heç də bu qəbildən olan sonuncu qərar olmayacağını asanlıqla ifadə etmək olar. Hətta əgər belə davam etsə, bu deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü “statusu”nu da qazana bilər.
Digər tərəfdən, E.Teoxarusun Kaspar Karampetyanla əlaqələrinin mövcudluğu və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısının məhz Karampetyan olduğu bəllidir. Belə olan halda, AP-nin Kiprdən olan bu üzvünün Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan, əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır.
Bütün bunlara paralel olaraq bir məqama da toxunmaq məqsədəmüvafiqdir. Belə ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilib və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adının hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib. Bütövlükdə, E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

