Kocaelinin Körfəz şəhər bələdiyyəsinin nümayəndə heyəti AZƏRTAC-da olub
03.11.2018 [10:44]
Azərbaycanda səfərdə olan Türkiyənin Kocaeli vilayətinin Körfəz şəhər bələdiyyəsinin sədri İsmayıl Baranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 2-də AZƏRTAC-da görüş keçirilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin böyük tarixə malik olduğunu bildirib. Vurğulayıb ki, dövlət başçıları İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında şəxsi dostluq münasibətləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayır. Ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də əlaqələr yüksək səviyyədədir. AZƏRTAC və Anadolu uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq media qurumları çərçivəsində sıx əməkdaşlıq edir, geniş informasiya mübadiləsi aparırlar.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Körfəz şəhərində “Xocalı şəhidləri” abidəsinin ucaldılmasının ölkəmizdə rəğbətlə qarşılandığını və yüksək qiymətləndirildiyini qeyd edən Aslan Aslanov Körfəz bələdiyyəsinin sədri İsmayıl Barana bu təşəbbüsə, habelə azərbaycanlı tələbələrə göstərilən yardıma görə minnətdarlığını bildirib.
İsmayıl Baran iki qardaş ölkənin hər zaman bir-birini sıx dəstəklədiyini, Türkiyə və Azərbaycan arasında əlaqələrin digər dövlətlər üçün nümunə olduğunu deyib. Türkiyənin Xocalı soyqırımını heç vaxt unutmayacağını deyən bələdiyyə sədri “Xocalı şəhidləri” abidəsinin bu faciənin gələcək nəslin yaddaşında həkk olunması məqsədilə ucaldıldığını vurğulayıb.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Kocaeli şəhərindəki Heydər Əliyev Mədəniyyət Evində ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımını və terror aktlarını əks etdirən muzey fəaliyyət göstərir. Muzeydə bununla bağlı çoxsaylı sənədlər və fotolar toplanıb.
Bilal Dündar Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyətini mütəmadi işıqlandırdığına görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19

