/ / Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
19.10.2018 [09:03]
Oktyabrın 18-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov İtaliya Senatı sədrinin Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, İtaliya Azərbaycan üçün Avropada və ümumiyyətlə, dünyada ən önəmli tərəfdaşlardan biridir. Əlaqələrin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin çox böyük rolu var.
Milli Məclisin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya etdiyi rəsmi səfərin önəmini vurğulayaraq, bu səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb və bunu ölkələrimizin bir-birinə hörmətinin bariz nümunəsi kimi qiymətləndirib.
İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamədir.
İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən parlamentin sədri deyib ki, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir. İnanırıq ki, bu şirkətlərin sayı getdikcə çoxalacaq.
Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında mədəni, humanitar əlaqələr də inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.
Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib.
Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. O, İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.
İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati bildirib ki, bu səfər ölkələrimizin parlamentlərarası əlaqələrinin inkişafına töhfə verəcək. O deyib ki, İtaliya Azərbaycanın malik olduğu parlament ənənələrinə xüsusi önəm verir. 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk parlament yaradıb. Biz 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüququnun verməsindən şərəf duyuruq. Siz bizdən də əvvəl bu hüququ qadınlara vermisiniz.
Sədr sentyabrda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırladıb, müzakirə olunan məsələlərin önəmini qeyd edib. O söyləyib ki, ölkələrimiz arasındakı əməkdaşlıq möhkəm dostluq əlaqələrinin qurulmasında xüsusi rol oynayır.
Maria Elisabetta Alberti Kasellati İtaliya Respublikası Prezidentinin bu yaxınlarda Azərbaycana etdiyi səfərin strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişafı üçün əlindən gələni etməyə hazırdır. Azərbaycan öz resursları ilə İtaliyanın energetika təchizatında xüsusi rol oynayır. Sədr Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin təkcə neft-qaz deyil, eləcə də infrastruktur, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə də cəlb edilməsinin vacibliyini vurğulayıb.
Ölkələrimiz arasındakı mədəni əlaqələrdən söz açan Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Fondunun İtaliyadakı fəaliyyətinin məmnunluq doğurduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50

