Bişkekdə TürkPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası olub
15.09.2018 [10:17]
Bişkekdə Qırğızıstan Joqorku Keneşinin (parlament) ev sahibliyi ilə Türkdilli Ölkələri Parlament Assambleyası (TürkPA) Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinin əsas mövzusu “Genetik Modofikasiya Olunmuş Orqanizmlər- Genetik Modofikasiya Olunmuş Orqanizmlərin yayılmasının təsirləri” olub.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər iştirak edib.
Toplantıya TürkPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov başçılıq edib.
Ə.Əmiraslanov çıxışında bu məsələ ilə bağlı üzv ölkələrdəki vəziyyət və görülən işlər haqqında məlumatın verib. O, bu il aprelin 16-da İstanbulda komissiya çərçivəsində “Geni dəyişdirilmiş orqanizmlər: Qanunvericilik və təcrübə” adlı seminarın əhəmiyyətini vurğulayıb. Daha sonra o qeyd edib ki, TürkPA-ya üzv ölkələr florasının zənginliyi ilə fərqlənir və bir çox kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları bu ölkələrdə bitir. Buna görə də, qanunvericilik sistemimizi yaxşılaşdırmaqla, bu zəngin bioloji müxtəlifliyi qoruyub saxlamaq və elmin əldə etdiyi nailiyyətlərdən faydalanmaq lazımdır.
Ə.Əmiraslanov vurğulayıb ki, bu baxımdan Komissiya üçün bu mövzuda iclasın keçirilməsi, hazırkı vəziyyətin araşdırılması, qanunvericilikdə mövcud olan boşluqların təhlil edilməsi və üzv ölkələr arasında müsbət təcrübənin yayılması vacibdir.
TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker iclasın əsas hesabat məruzəsi layihəsini təqdim edib.
Komissiyanın katibi Emin Həsənov bu il aprelində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində İstanbulda keçirilən “Geni Dəyişdirilmiş Orqanizmlər və Tullantıların İdarə Olunması: Qanunvericilik və Təcrübə” seminarlarının yekun hesabat layihələrini təqdim edib.
Parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün üzv ölkələrdə olan potensialı müzakirə edib və arzuolunmaz nəticələrdən yan keçmək üçün bütün bu məsələlərin nəzarət altında həyata keçirilməli olduğunu vurğulayıblar.
Komissiya Türkiyədə keçirilməsi nəzərdə tutulan TürkPA-nın 8-ci plenar iclasına təqdim ediləcək məsələ ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını, eləcə də İstanbulda keçirilən seminarların yekun hesabat layihələrini təsdiq edib. Komissiyanın növbəti beşinci iclasının Türkiyədə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

