Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
22.08.2018 [09:30]
Avqustun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi şəxsləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, media təmsilçiləri, eləcə də din icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın özünün milli-mənəvi irsinə, onu bütövləşdirən və zənginləşdirən komponentlərə, eyni zamanda, birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bildiyini, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacardığını bildirib. Milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edən Mübariz Qurbanlı Azərbaycanda milli ruhun yüksəlməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli liderin ortaya qoyduğu azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu deyib. Qeyd edilib ki, əsası Ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
Komitə sədri mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə diqqət çəkib. Bu dəyərlərin cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyatdığını və toplumu üzləşdiyi yad təsirlərdən, təhlükələrdən qoruduğu üçün onu mühafizə və təbliğ etməyin labüd olduğunu deyən Komitə sədri burada dini icmaların da əhəmiyyətli rol oynadığını qeyd edib.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu xüsusi qeyd edib. Müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirən Q.Cavadlı bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Sədr müavini milli-mənəvi dəyərlərin təbliği istiqamətində dini maarifləndirmə işində qeyri-müsəlman dini konfessiyaların da cəlb edilməsinin önəminə toxunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun himayəçilər şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanın dünyada tolerantlığa nümunə olduğunu, bununla yanaşı, milli-mənəvi dəyərlərimizin layiqincə qoruyub saxlanıldığını bildirib.
Bu gün milli-mənəvi dəyərlərin təbliği istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən B.Quliyev Azərbaycan xalqının söykəndiyi bu dəyərlərin Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu vurğulayıb. O bildirib ki, müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz basqılara məruz qalsa da, Azərbaycan müstəqil olandan sonra mənəvi dəyərlərimiz dövlətin əsas strategiyasına çevrilib. Mətbuatın da bu sahədə fəaliyyətinin əsas olduğunu deyən Bəhruz Quliyev əlavə edib ki, sosial şəbəkələrdə dəyərlərimizin təbliği üçün vətəndaş jurnalistikasına ehtiyac var.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinin təşviqi istiqamətində Fondun həyata keçirdiyi layihələrdən söz açıb. Layihələrə dini qurumların rəhbərlərinin cəlb edildiyini deyən İ.Vəliyev milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dilimizin tədrisi məqsədilə yaradılan dil kurslarının əhəmiyyətindən danışıb.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov və Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov çıxışlarında milli-mənəvi dəyərlərin ictimai şüurda möhkəmlənməsində, təbliği və təşviqində dini icmaların rolu və öhdəlikləri, bu istiqamətdə onların potensialından istifadənin üstünlükləri barədə danışıb.
Konfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

