/ / Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb
Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb
18.07.2018 [09:38]
İyulun 16-da Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov başda olmaqla bu qurumun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmləri ilə görüşüb.
Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik Luis Qastuera Novella ilə görüş keçirilib. Tərəflər regional separatizm problemi ilə üzləşmiş iki dövlətin oxşar talelərini vurğulayıblar. S.Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fərqləndirici xüsusiyyətini qeyd edib və bildirib ki, qonşu dövlət Azərbaycanın suveren ərazisinin bir hissəsini işğal edib. Bu baxımdan, Kataloniya böhranı Madriddəki mərkəzi hökumət ilə separatçı Kataloniya arasında tipik dövlətdaxili münaqişədir, Qarabağda isə bir ölkənin (Ermənistanın) digər ölkəyə (Azərbaycana) qarşı aşkar ifadə olunmuş təcavüzü ilə fərqlənən dövlətlərarası münaqişədən söhbət gedir. Təcavüzkar Ermənistan dövləti özünün guya bu münaqişədən uzaq olmasını sübut etməyə və işğal olunmuş regiondakı oyuncaq rejimi münaqişə tərəfinin “oyunçusu” kimi irəli sürməyə çalışır. Pireney yarımadasında Kataloniya məhz belə oyunçudur. Buna görə də həmin iki münaqişə arasında paralellərlə bərabər prinsipial fərqlər də mövcuddur. İspaniyanın Kataloniya regionunun hərbi idarəsinin başçısı bu arqument ilə razılaşaraq qeyd edib ki, hər iki halda dövlətin ərazi bütövlüyü toxunulmaz olmalıdır.
Sonra Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova ilə görüş olub. Bu görüşdə də tərəflər beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin aliliyini bir daha vurğulayıblar. Kordova başçılıq etdiyi idarənin işi barədə azərbaycanlı qonaqlara məlumat verib və onlar üçün Ali Məhkəmənin tarixi binasına ekskursiya keçirib.
Kataloniya Muxtariyyətinin baş prokuroru Fransisko Baneres Santos ilə görüşdə sesessiyalı münaqişələrin tənzimlənməsində konstitusiyanın və qanunun aliliyi qeyd edilib. Prokuror bildirib ki, yaxın vaxtlarda erməni mafiyasının üzvlərinin tutulub saxlanması üçün əməliyyat keçirilib. Bir gün ərazində Kataloniyanın erməni mənşəli 142 sakini həbs edilib. Ən müxtəlif, o cümlədən ağır cinayətlər törədilməsində ittiham edilən bu sakinlər İspaniya Femidası qarşısında cavab verəcəklər.
Hər üç görüşdə qonaqlar öz müsahiblərinə xatirə hədiyyələri - coğrafi baxımdan Kataloniyadan uzaq, lakin onunla oxşar taleli Azərbaycanın mədəniyyəti barədə Heydər Əliyev Fondunun nəşrlərini təqdim ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

