/ / Prezident İlham Əliyevin Brüsselə səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına xidmət edir
Prezident İlham Əliyevin Brüsselə səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına xidmət edir
18.07.2018 [09:37]
Ekspertlər səfər çərçivəsində keçirilən görüşlərin və imzalanmış sənədlərin ölkəmizlə Qərb arasında münasibətlərin müxtəlif sahələrdə uğurla davam etdirilməsinə mühüm töhfələr verəcəyini qeyd edirlər
Praqmatik və müasir dövrün tələblərinə, öz milli maraqlarına müvafiq xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Regional təhlükəsizliyə strateji töhfələr verən ölkəmiz, eyni zamanda, müxtəlif dövlətlərlə uğurlu əməkdaşlıq münasibətlərinə malikdir və beynəlxalq təşkilatlarda müvəffəqiyyətlə təmsil olunur.
Təsadüfi deyil ki, dünya siyasətində mühüm təsir mexanizmlərinə malik olan güc mərkəzləri, o cümlədən Avropa İttifaqı və bütövlükdə Qərb Azərbaycanla münasibətlərin inkişaf etdirilməsini strateji zərurət kimi dəyərləndirir. Birmənalı şəkildə ifadə olunur ki, Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi regional sabitlik və təhlükəsizliyə xidmət edir, yeni işbirliyi platformalarının yaradılmasını şərtləndirir. Buna paralel olaraq dünyada sülhyaratma prosesinə mühüm töhfələr verən Azərbaycan həm də NATO ilə güclü tərəfdaşlıq əlaqələrinə malikdir və bu, regional təhlükəsizlik, sabitlik kontekstində böyük önəm danışıyır.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, imzalanmış sənədlər ölkəmizlə Avropa İttifaqı (Aİ) və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bu səfər enerji təhlükəsizliyi sahəsində də Azərbaycan ilə Avropa arasında əlaqələrin müstəsna əhəmiyyətə malik olduğunu, Avrasiyada əməkdaşlıq və inteqrasiyaya xidmət etdiyini bir daha nümayiş etdirdi. Reallıq budur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri bəhs olunan qitənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Bütövlükdə, ekspertlərin qənaəti bundan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var. Bu səbəbdən optimist proqnozlar ifadə edilir. Bu baxımdan, tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı diqqətə çatdırılır.
Avropa İttifaqı ölkələrinin Azərbaycanla nəqliyyat və energetika sahəsində əməkdaşlığı inkişaf etdirməsi istəyinin mütəmadi olaraq ifadə olunması da ölkəmiz tərəfindən bu kontekstdə həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsidir. Bəllidir ki, regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Bütün bunların nəticəsidir ki, Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir.
Avropa İttifaqının “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməsi və ilk dəfə olaraq “Tərəfdaşlıq prioritetləri” sənədində sərhədlərin toxunulmazlığı məsələsinin qurum tərəfindən xüsusi qeyd edilməsi strateji əhəmiyyətə malikdir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamdır.
Bütövlükdə, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlıdır. Səsləndirilən bəyanatlar da deməyə əsas verir ki, Aİ Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə töhfələrini yüksək qiymətləndirir. Qurum həm də ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun inkişafına töhfələrini, dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini təqdir edir.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. S.Fətəliyeva bildirib ki, səfər zamanı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə “Tərəfdaşlıq prioritetləri” sənədi yüksək qiymətləndirilib.
“Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təşkilat Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu da yüksək dəyərləndirir. Bütün bu amillər Azərbaycanın Aİ üçün önəmini daha da artırır”, - deyə S.Fətəliyeva vurğulayıb.
“Azərbaycan dövlətinin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər prioritetdir. Bu baxımdan, dövlətimizin başçısının Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi görüş və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq”. Bu fikirləri isə Milli Məclisin deputatı Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində çox fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanın ticarət tərəfdaşlığında Aİ ölkələri ilk yerdədir: “Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin müəllifi və iştirakçısıdır. Ölkəmizin liderliyi ilə reallaşan transmilli enerji layihələri, Cənub Qaz Dəhlizi layihəsi, onun tərkib hissəsi olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri də Aİ tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində də Azərbaycanın əhəmiyyəti getdikcə artır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır: “Sənəddə qeyd olunur ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Göründüyü kimi, sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi olaraq qeyd edilib. Bu fakt Azərbaycanın diplomatik qələbəsidir. Artıq işğalçı Ermənistan dalana dirənib və o, diplomatiya cəbhəsində növbəti dəfə ölkəmizə məğlub oldu. Aİ-nin bu mövqeyi danışıqlar prosesində ölkəmizin mövqeyini daha da möhkəmləndirir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

