/ / Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
17.07.2018 [09:24]
“Bu gün güclü Azərbaycan dövləti dinamik inkişaf edir və həyata keçirdiyi siyasətlə beynəlxalq müstəvidə nüfuzunu daha da artırır. Bu isə ölkəmizin inkişafını istəməyən bəzi xarici dairələri narahat edir. İyulun 10-da Gəncə şəhərində baş verən təxribat da həmin xarici qüvvələrin əməli idi”. Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. M.Abbaszadə bildirib ki, bu hadisənin törədilməsində məqsəd ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqdır. Lakin həmin qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Çünki ölkəmizdə güclü vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur.
“Ölkəmizdə sabitliyi pozmağa yönələn belə uğursuz cəhdlər göstərir ki, Azərbaycanın inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar bəzi xarici dairələri ciddi surətdə narahat edir. Təxribatların qarşısının alınmasında iki polis zabiti şəhid oldu. Onlar xalqımızın qəhrəman oğullarıdır. Vətəndaş həmrəyliyi, xalqın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi bu təxribatı törədən xarici qüvvələrin məkrli planlarını alt-üst etdi. Çox təəssüflər olsun ki, ölkəmizin daxilində də həmin qüvvələrə dəstək verənlər var. Bəzi saytlarda, sosial şəbəkələrdə edilən çağırışlar dövlətimizi sevən hər bir vətənpərvər tərəfindən kəskin şəkildə pislənilir. Hesab edirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları bu məsələləri qanun çərçivəsində həll edəcək, təxribatçılar, onların havadarları və dəstəkçiləri barədə müvafiq ölçülər götürüləcək”, - deyə M.Abbaszadə vurğulayıb.
Millət vəkili qeyd edib ki, Azərbaycanın yeganə problemi torpaqlarımızın erməni işğalından azad edilməsidir. Onun sözlərinə görə, dövlətimizin başlıca siyasəti məhz bu hədəfə istiqamətlənib: “Biz həm diplomatik, həm də hərb cəbhəsində Ermənistanı dalana dirəmişik. Bu siyasət bizi torpaqlarımızın işğaldan azad edilməsinə aparır. Amma müəyyən xarici qüvvələr ölkəmizdə sabitliyi pozmağa çalışmaqla Azərbaycanı bu hədəfindən sapdırmaq niyyəti güdür. Ona görə də bütün vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar. Gəncə hadisələri göstərdi ki, Azərbaycan vətəndaşları məhz dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözlərini deməyə hazırdırlar”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29

