/ / Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl demokratik dəyərləri öz praktiki fəaliyyətində təmin edib
Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl demokratik dəyərləri öz praktiki fəaliyyətində təmin edib
06.07.2018 [09:31]
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, demokratiya prinsiplərinin uğurla təmin olunması Azərbaycanın güclü dövlətə çevrilməsinin bariz göstəricisidir
Məlum olduğu kimi, bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Yüz il öncə, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində bütün sahələrdə, o cümlədən demokratiyanın, insan hüquqlarının, həmçinin söz və məlumat azadlığının təmin edilməsi istiqamətində mühüm addımlar atıb. Təkcə bunu qeyd etmək kifayətdir ki, Azərbaycanda qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib. Bu ilin aprelində Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində həmin məqama toxunan Prezident İlham Əliyev deyib: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub”.
Bəli, dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan Respublikası yüz il əvvəl əsası qoyulan demokratik ənənələrə bu gün də sadiqlik nümayiş etdirir. Məhz bunun nəticəsidir ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyərək inkişaf edən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin, mətbuat və söz azadlığının təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb.
Daha dəqiq desək, Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir.
Ölkəmizdə müstəqil mətbuatın inkişafı, informasiya azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb
Bu məqamda qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı Azərbaycan vətəndaşlarının müstəqilliyə can ataraq hüquqi, demokratik dövlətdə yaşamaq iradəsinin real həyatda əksini tapmasına zəmin yaratdı. Elə həmin ildən etibarən ölkədə baş verən sosial-siyasi dəyişikliklər, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi, iqtisadi, sosial və digər sahələrdə struktur islahatları Azərbaycanda yeni siyasi-iqtisadi formasiyaya keçidi sürətləndirdi. Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkəmiz demokratik inkişaf yoluna məhz Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub.
Ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan və 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının, qanunun aliliyinə əsaslanan dövlət quruculuğunun möhkəm hüquqi təməlinə çevrildi. Burada təsbit olunan vətəndaşların genişspektrli hüquq və azadlıqları Azərbaycanın demokratiya quruculuğu sahəsində inamlı mövqeyini ortaya qoydu.
Beləliklə, Konstitusiyanın müddəalarında əksini tapan fikir, söz, vicdan azadlıqlarının, sərbəst toplaşmaq hüququnun reallıqda tətbiqi sayəsində Azərbaycanda fikir plüralizmi, siyasi mövqe müxtəlifliyi təmin olunub. Konstitusiyanın 50-ci maddəsində əksini tapan hər kəsin ölkəmizdə siyasi plüralizmin bərqərar edilməsi şəraitində söz və məlumat azadlığının təmin olunması, demokratik və azad medianın formalaşdırılması məqsədilə qanunvericilik səviyyəsində mühüm addımlar atıldı. Həmçinin, Ulu öndər respublikamızda mətbuata dövlət qayğısını, kütləvi informasiya vasitələrinin inkişafını, fikir, söz və məlumat azadlığının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edərək 1998-ci il avqustun 6-da imzaladığı “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla 1992-1993-cü illərdə sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırdı. Bu təşəbbüs ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsinə, hüquqi və etik normaların gözlənilməsinə və qanunlara uyğun mexanizmin yaradılmasına yönəldilmişdi.
Məlum olduğu kimi, KİV-lərin hazırkı fəaliyyəti 2000-ci ildə qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunun müvafiq maddələri informasiya vasitələri və onlara rəhbərlik edən vəzifəli şəxslərlə bağlı məsuliyyət məsələlərinə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Sözügedən qanuna 2002-ci ildə Milli Məclis tərəfindən müəyyən dəyişikliklər edildi ki, bu dəyişikliklərdən də ən başlıcası KİV-lərin qeydiyyatı ilə bağlı məsələlər idi. Nəticədə, mətbu orqanların dövlət qeydiyyatını ehtiva edən maddələr yumşaldıldı. Xüsusi qeyd olunmalıdır ki, bu dəyişikliklərin həyata keçirilməsindən sonra KİV-lərin qeydiyyatı ilə əlaqədar bütün problemlər birmənalı şəkildə aradan qaldırıldı.
2003-cü il martın 15-də isə müstəqil Azərbaycan Jurnalistlərinin I Qurultayı keçirildi. 200-dən çox mətbuat orqanı təmsilçisinin iştirak etdiyi qurultayda Mətbuat Şurasının Nizamnaməsi, Jurnalistlərin Peşə Davranışı Kodeksi, şikayətlərə baxılma qaydaları, eləcə də digər məsələlər müəyyən olundu və müvafiq sənədlər qəbul edildi.
Azərbaycanda bütün demokratik hüquq və azadlıqlar qorunur
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev də vətəndaşların ən müxtəlif hüquq və azadlıqlarının qorunmasına, o cümlədən söz və məlumat azadlığının təmin olunmasına böyük diqqət yetirir. Məhz bu diqqətin nəticəsində son 15 ildə çoxsaylı uğurlar əldə edilib. Yeri gəlmişkən, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məqamlara da toxunan dövlət başçısı deyib ki, Azərbaycan dünya üçün açıq ölkədir: “Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir”.
Bəli, ölkəmizdə söz və məlumat azadlığının təmin olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Məhz bu diqqətin nəticəsində 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyası təsdiq olundu, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi ki, bu da ölkəmizdə mətbuatın inkişafında növbəti mərhələnin əsasını qoydu.
Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq 2013 və 2017-ci illərdə jurnalistlər üçün tikilmiş iki binanın istifadəyə verilməsi ilə yüzlərlə media işçisinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu addım bir daha Azərbaycanda mediaya və jurnalistlərə qayğının hərtərəfli xarakter daşıdığını nümayiş etdirir.
Bu məqamda onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, qanunların, hüquqi bazanın mövcudluğu söz və fikir azadlığı üçün lazım olan birinci şərtdirsə, onun reallıqda təmin olunması səviyyəsi bir o qədər əhəmiyyət daşıyan digər bir mühüm məsələdir. Bugünkü Azərbaycan reallığına nəzər saldıqda ölkədəki çoxsaylı mətbuat orqanlarının müxtəlifyönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək olar. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin bir göstəricisidir. Cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlanması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir. Fikir müxtəlifliyi insanlara cəmiyyət içərisində, həmçinin mətbuatda müxtəlif məsələlərə fərqli yanaşmalar sərgiləməyə imkan verir.
KİV-lər cəmiyyətin hər gün yeniləşən həyat haqqında məlumata, mütəxəssis analizinə, habelə, insanların düzgün qərar çıxarması üçün operativ, müxtəlif rəyli informasiyalara olan tələbatını ödəyir. Bundan başqa, kütləvi informasiya vasitələri şəxslər və qurumlar üzərində ictimai nəzarət funksiyasını yerinə yetirir. Onlar həmçinin günün aktual məsələlərinin müəyyənləşdirilməsində də mühüm rol oynayır.
Bu, o deməkdir ki, dövlətin hərtərəfli dəstəyi ilə bu gün azad və müstəqil kütləvi informasiya vasitələri cəmiyyətimizdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdən biri kimi çıxış edir.
Onu da vurğulayaq ki, demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, Azərbaycanda çoxpartiyalılıq əsasında seçki yolu ilə formalaşan parlament fəaliyyət göstərir, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar edilib. Bu mənada, cari il aprelin 11-də keçirilən növbəti prezident seçkiləri Azərbaycanda demokratiyanın bariz göstəricisi və təntənəsi kimi müasir tariximizə yazıldı.
Məlum olduğu kimi, demokratiya baxımından inkişaf etmiş ölkələrin mütləq əksəriyyəti iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdir. Bu isə o deməkdir ki, maddi rifah, iqtisadi və sosial tərəqqi demokratik inkişaf üçün təməl şərtdir. Bu prinsiplərə əsaslanaraq, Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. 2017-ci ilin iyulunda Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimində çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi: “...Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır”.
Bir sözlə, demokratiya prinsiplərinin, fikir, söz, mətbuat azadlığının, siyasi plüralizmin uğurla təmin olunması Azərbaycanın güclü dövlətə çevrilməsinin bariz göstəricisidir.
Nadir AZƏRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39

