Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş elmi konfrans işə başlayıb
07.10.2009 [10:17]
Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı işə başlayıb. Tədbirdə görkəmli alimin həyat yoldaşı, Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri iştirak ediblər.
Konfrans iştirakçıları Aida İmanquliyevanın əsərlərindən ibarət sərgiyə, onun həyat və fəaliyyətini əks etdirən videogörüntülərə maraqla baxıblar.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. Rektor məlumat verib ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub, 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini müvəffəqiyyətlə başa vurub 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. O, ilk azərbaycanlı qadın şərqşünas elmlər doktoru idi. Aida xanım uzun illər Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru olub. Natiq diqqətə çatdırıb ki, iki gün davam edəcək konfrans öz işini dörd bölmə iclasında davam etdirəcək. Bu iclaslarda 100-dən çox maraqlı məruzə dinləniləcək.
Akademik Vasim Məmmədəliyev “Görkəmli alim, bacarıqlı təşkilatçı, zərif qadın” mövzusunda məruzə edib. Məruzəçi deyib ki, bu günlər anadan olmasının 70 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Aida İmanquliyeva görkəmli ərəbşünas alim idi: “A.İmanquliyevanın fikrincə, yeni ərəb ədəbiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış “Suriya-Amerika məktəbi”nin yazıçıları öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həmçinin Şərq ölkələrinin milli ədəbiyyatlarında da davamçıları üçün yol açmışlar”.
Akademik V.Məmmədəliyev vurğulayıb ki, Aida İmanquliyevanın bir çox xarici dillərə tərcümə edilmiş “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb məhcər ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurub, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Konfransda AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva “Böyük ziyalı, görkəmli alim, unudulmaz müəllim Aida İmanquliyeva” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edilmiş sanballı əsərlərin müəllifi, Qərb və rus ədəbiyyatının dərin bilicisi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, professor Aida İmanquliyeva elmi-ədəbi fəaliyyəti ilə Şərqi və Qərbi birləşdirən görkəmli alimlərdən biri olub. Onun əsərləri təkcə Azərbaycan və keçmiş Sovet İttifaqının deyil, bütövlükdə, Qərb və dünya şərqşünaslığının qazandığı uğurlar səviyyəsində duran və indi də elmi əhəmiyyətini itirməyən araşdırmalardır.
Tədbirdə öz şirin, unudulmaz xatirələrini bölüşən AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, filologiya elmləri namizədi Şərəf Cəlilli, BDU-nun 4-cü kurs tələbəsi, Aida İmanquliyeva adına təqaüdün sahibi İradə Əliyeva, professor Şulan Şirəliyev bildiriblər ki, Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir.
Konfransın təşkilatçılarına ailələri adından təşəkkürünü bildirən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru professor Nərgiz Paşayeva deyib ki, belə bir tədbirin keçirilməsi, ümumilikdə, Azərbaycan elminə verilən qiymətin göstəricisidir. N.Paşayeva diqqətə çatdırıb ki, gənc tələbələrimiz Aida İmanquliyevanı görə bilməsələr də onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər: “Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcəklər”.
Aida xanım İmanquliyevanın 70 illik yubileyi ərəfəsində onun monoqrafiyaları, məqalələri bir çox dillərə tərcümə olunaraq çap edilib. Eyni zamanda, onun tədqiqata çəkdiyi Şərq alimlərinin əsərləri də Azərbaycan dilinə tərcümə olunaraq çap edilib.
Günün ikinci yarısında konfrans işini bölmə iclaslarında davam etdirib.
Konfrans işini bu gün yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42

