Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

12.10.2026 [09:16]

Omanın Sohar limanı yaxınlığında “MT Petro Dolphin” tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində iki Hindistandan olan iki dənizçi itkin düşüb, doqquz nəfər xilas edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Omanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.

Nazirin sözlərinə görə, hadisə zamanı gəmidə 11 nəfər olub. O, iki Hindistan vətəndaşının hazırda itkin düşmüş şəxs kimi qeydə alındığını bildirib.

Qeyd edib ki, Omanın Sahil Mühafizəsi itkin düşən dənizçilərin tapılması məqsədilə axtarış-xilasetmə əməliyyatı aparır.

Nazir, həmçinin itkin düşənlərin axtarışına kömək məqsədilə müvafiq qurumlarla əlaqələndirmə işlərinin davam etdirildiyini vurğulayıb.

Tankerın hansı ölkənin bayrağı altında üzdüyü barədə məlumat verilməyib.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31