Etibar Nəcəfov: Azərbaycanda mükəmməl dövlət-din münasibətləri mövcuddur
28.06.2018 [09:57]
İyunun 25-də Cenevrədə BMT-nin qərargahında İordaniya Haşimilər Krallığının Şahzadəsi Əl-Həsən bin Təlalın himayədarlığı ilə “Dinlər, məsləklər və/və ya digər dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqlarının möhkəmləndirilməsi üçün güclərin birləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar arasında birgəyaşayışın və əməkdaşlığın təbliğ olunmasına, inklüziv cəmiyyət ideyasının təşviq və təbliğinə həsr olunan konfransda bir sıra ölkələrin yüksək rütbəli dövlət xadimləri, alimlər, dinlərarası və mədəniyyətlərarası dialoqu təbliğ edən beynəlxalq mərkəzlərin rəhbərləri, müsəlman, xristian, yəhudi və digər dini icmaların rəhbərləri, eləcə də etnik və dini məsələlər üzrə beynəlxalq təşkilatların xüsusi məruzəçiləri iştirak edirdilər.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, “Bərabər vətəndaşlıq hüquqları: yeni paradiqmaya tərəf irəliləyərək” adlı sessiyada “Bərabər və inklüziv vətəndaşlıq hüquqlarının Azərbaycan modeli” mövzusunda çıxış edib.
Etibar Nəcəfov çıxışında əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan multikulturalizm siyasətinin mühüm təzahürlərindən bəhs edib və ölkəmizdə bunun bariz nümunəsi sayılan dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından söhbət açıb. O, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəriciləri sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsini, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin, o cümlədən maliyyə dəstəyinin göstərilməsini, həmçinin Azərbaycanda dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulmasını xüsusi qeyd edib.
Konfransın sonunda iştirakçılar tərəfindən “Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi məqsədilə dünya miqyasında daha böyük mənəvi konvergensiyaya tərəf irəliləyərək” adlı yekun Bəyannamə qəbul edilib.
Azərbaycan tərəfinin təşəbbüsü ilə Bəyannamədə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsasını qoyduğu, dünyada mədəniyyətlərarası dialoqun təbliğ və təşviq olunmasına yönələn “Bakı Prosesi”nə dair məlumat da əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50

