Cinayətkar Manvel Qriqoryan Ermənistana rəhbərlik etmiş quldur dəstəsinin əsl simasıdır
26.06.2018 [09:40]
Erməni generalın ortaya çıxan əməlləri bir daha sübut edir ki, illərlə işğalçı ölkədə iqtidarı əlində saxlayan Koçaryan-Sarkisyan rejimi erməni xalqına böyük faciələr yaşadıb
Son günlər Ermənistanda korrupsiyaya qarşı, o cümlədən ordudakı qanunsuzluqların ortaya çıxarılması ilə bağlı görülən bəzi tədbirlər rejimin mahiyyətini üzə çıxardır. Belə ki, bu günlərdə həbs olunan və Dağlıq Qarabağda müharibə zamanı soydaşlarımıza qarşı öz qəddarlığı ilə seçilən general Manvel Qriqoryanın törətdiyi cinayətlər Sarkisyan-Koçaryan hakimiyyətinin əsl simasının ortaya çıxması baxımından da əhəmiyyətlidir.
Erməni mətbuatına nəzər yetirəndə məlum olur ki, illərdir bu cinayətkar generalın qorxusundan susmağı üstün tutan əsgər ailələri onun törətdiyi cinayətləri dilə gətirməyə başlayıblar. Onlar əsgərlərin ərzağını özünün iqamətgahına daşıyan bu generalın 2016-cı ilin aprelində erməni əsgərlərə qarşı törətdiyi cinayətlərdən danışırlar.
“Azadlıq” radiosuna açıqlama verən əsgər valideynlərindən biri deyib ki, şəxsi zooparkı olan bu qəddar general həmin ərzaqlarla öz ayılarını yemləyib, əsgərləri acından öldürüb. Əsgərin valideyni deyir ki, aprel döyüşlərindən qabaq onun oğlu üç gün heç nə yeməyib. Onun sözlərinə görə, əgər oğlu ac olmasaydı, heç olmasa xəstəliklə mübarizə apara bilərdi. Əsgər analarından biri isə əsgərlərdən bir neçə kilometr uzaqlıqda saxladığı heyvanlara M.Qriqoryanın daha çox diqqət göstərdiyini deyir.
Generaldan təkcə valideynlər narazı deyillər. Keçmiş döyüşçülər, hətta “Arabo” dəstəsinin komandiri olmuş Manvel Yegiazaryan onun cinayətləri haqqında dəfələrlə deyildiyini, lakin keçmiş rejimin əsas dayaqlarından hesab edildiyi üçün onunla heç kimin bacarmadığını bildirib. Bu insanların dövlətin pullarını erməni milli valyutası ilə yox, dollarla talan etdiklərini deyən keçmiş komandir həmin cinayətkarların hədəfə alınmasının lazım olduğunu bəyan edir. Erməni cəmiyyətinin nümayəndələri etiraf edirlər ki, illərdir gör onlara nə qədər keyfiyyətcə aşağı olan insanlar rəhbərlik ediblər. Yəni erməni cəmiyyəti elə vəziyyətə çatıb ki, pisi, yoxsa yaxşını nümunə götürəcəyi məsələsində tərəddüd edir. Çünki pislər indi yaxşı yaşayırlar, məsələləri həll edə bilirlər.
O qədər dəhşətli faktlar ortaya çıxıb ki, artıq Ermənistan cəmiyyəti bu hadisələrdən şoka düşüb. Belə ki, hələ 1997-ci ildə M.Qriqoryanın əlindən ABŞ-a qaçan erməni ailəsi onun törətdiyi cinayətlərdən bəhs edir. Edqar Mnoyan adlı əsgərin hərbi xidmətdə olduğu vaxt generalın malikanəsində mühafizəyə cəlb edilməsi onun və ailəsinin faciəsinə səbəb olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Maliyyə Nazirliyində işə düzələn Edqarı girov götürən M.Qriqoryanın özü və adamları əsgərin yanına maşınla gedib-gələn atasının varlı olduğunu bildikləri üçün ondan oğlunun əvəzində 10 min dollar tələb ediblər. Tələblər bununla bitməyib. Onun atasının nəyi varsa əlindən alıblar. Amma oğlunu göstərməyiblər. Hətta oğurlanan Edqarın xalasının ərinin xidmət keçdiyi malikanəyə gedib onunla maraqlanması da başına bəla olub. Onu bir ay girovluqda saxlayıblar və 8 min dollar aldıqdan sonra buraxıblar. Mnoyan azad edildikdən sonra onun ailəsinə Ermənistanı tərk etmək tələbi qoyulub. 20 ildir ABŞ-da yaşayan ailənin qızı bu barədə danışmağa özündə güc tapıb.
Ermənistanda belə generalların rəhbərlik etdiyi ordunun hansı vəziyyətdə olduğu da artıq mediada yazılır və son günlər erməni məbuatı əsgərlərin Ermənistandan birbaşa Dağlıq Qarabağa göndərilməsi və hər ay müəyyən məbləğdə pul tələb edilməsi barədə faktları ortaya qoyur.
Bu cür dəhşətli faktlardan sonra Ermənistanda həbs olunan M.Qriqoryana verilən “qəhrəman” adının əlindən alınması tələb edilir. Ən maraqlısı isə odur ki, erməni mətbuatı əsl həqiqətləri üzə çıxarır və illərdir onlara cinayətkar və kriminal rejimin rəhbərlik etdiyini etiraf edirlər. Qriqoryan kim olub: kriminal avtoritet, hakim partiyanın deputatı, ən nəhayət, Serj Sarkisyan rejiminin simvolu.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

