/ / Etibar Nəcəfov: Azərbaycan milli azlıqların müdafiəsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirir
Etibar Nəcəfov: Azərbaycan milli azlıqların müdafiəsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirir
21.06.2018 [10:17]
Strasburqda Xorvatiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası və “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası”nın qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə yüksək səviyyəli konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, yüksəkvəzifəli hökumət rəsmilərinin, o cümlədən nazirlərin, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin Çərçivə Konvensiyasının Məşvərətçi Komitəsinin və “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası”nın Ekspertlər Komitəsinin üzvlərinin iştirak etdikləri konfransda Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müasir dövrdə üzləşdiyi məsələlər müzakirə edilib.
Konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, “Multilinqual cəmiyyətdə milli azlıqların dilləri və təhsili” adlı sessiyada “Azərbaycan Respublikasında azsaylı xalqların dilləri və təhsili” mövzusunda çıxış edib.
Etibar Nəcəfov Azərbaycanın 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya etdiyi Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının milli azlıqların dillərində təhsil sahəsi ilə bağlı öhdəliklərin uğurla həyata keçirilməsi barədə məlumat verib. O, Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan azsaylı xalqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edərək, burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən görülmüş mühüm işlərdən bəhs edib.
Şöbə müdiri konkret faktlara əsaslanaraq Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi haqqında konfrans iştirakçılarına məlumat verib. O, ölkədə 18 ümumtəhsil məktəbində tədrisin sırf rus dilində aparıldığını, 326 ümumtəhsil məktəbinin rus bölməsində isə 90 min şagirdin bu dildə təhsil aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan başqa, Azərbaycanda yəhudi, ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və digər azsaylı xalqların dillərində məktəblərin fəaliyyət göstərməsindən bəhs edən Etibar Nəcəfov milli azlıqların öz dillərində tədris materialları ilə təmin olunması sahəsində dövlətin gördüyü işlərdən də söhbət açıb, həyata keçirilən bu fəaliyyətlərin milli azlıqların cəmiyyətdə inteqrasiyası proseslərinə müsbət təsir göstərdiyini vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi Azərbaycan hökumətinin milli azlıqlar üçün təhsil sahəsində apardığı siyasətin Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının 14-cü maddəsinə, həmçinin BMT-nin “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə”sinin 4-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16

