/ / Ermənistanda 2008-ci ilin mart hadisələri zamanı aksiyaçıların gülləbaran edilməsində katalikos II Qareginin də əli olub
Ermənistanda 2008-ci ilin mart hadisələri zamanı aksiyaçıların gülləbaran edilməsində katalikos II Qareginin də əli olub
09.06.2018 [08:38]
İşğalçı ölkənin ictimaiyyət nümayəndələri belə hesab edirlər ki, II Qaregin erməni xalqının başına gətirilən bəlalarda Sarkisyan və Koçaryan qədər məsuliyyət daşıyır
Hazırda regionda qeyri-sabitliyin əsasını təşkil edən hadisələrin tarixinə nəzər yetirəndə məlum olur ki, ermənilərin Qafqaza köçməsi və burada möhkəmlənməsinin başında erməni kilsəsi və bu siyasəti dönmədən yürüdən keşişlər dayanıblar. Dolayı yolla sadə ermənilərin girovuna çevrildikləri bütün cinayətlərinin planlaşdırıcısı və sifarişçisi həmişə erməni kilsəsi olub. Qafqazda möhkəmləndikdən sonra Eçmiədzində (Üçkilsə) özünə yuva quran erməni keşişləri bütün dünya üzrə müsəlmanlara və türklərə düşmənçilik siyasətlərini bilavasitə buradan yürütməyə başlayıblar. Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də məhz erməni kilsəsi və onun başında dayanan katolikoslar olublar.
Bütün dövrlərdə dünyada və regiondakı bütün ermənilər həmişə, kimliyindən asılı olmayaraq, katolikoslarına mütiliklə qulaq asıblar, onun daxili və xarici siyasətə hesablanmış bütün əmr və göstərişlərinə dönmədən əməl ediblər. Hətta tarixdə ermənilərin erməni kilsəsinə qarşı çıxdıqları hallara çox az rast gəlinib. Amma deyəsən artıq erməni cəmiyyəti ayılıb və dərk edirlər ki, başlarına gələn bütün faciələrin, bu günki ağır vəziyyətlərinin məsuliyyəti ölkəyə rəhbərlik edən cinayətkar rejimlərlə yanaşı həm də erməni kilsəsinin üzərinə düşür. Elə son günlər müşahidə olunan etiraz dalğalarını da bu səbəblə izah etmək olar.
Yeri gəlmişkən xatırladaq ki, son bir neçə gündə İrəvanda bütün ermənilərin katolikosu II Qareginin qərargahı yerləşən binanın qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları II Qareginin bütün ermənilərin ali patriarxı və katolikosu vəzifəsindən istefasını tələb edirlər.
Etiraz aksiyalarında iştirak edənlər II Qaregini qanunsuz sahibkarlıqla məşğul olmaqda və digər məsələlərdə günahlandırırlar. Etirazçılar arasında sıravi vətəndaş və din xadimlərinin də olması Eçmiədzini narahat edib və bütün ermənilərin katolikosu II Qareginin mətbuat katibi V. Məlikyan onların görüşə dəvət edildiyini açıqlayıb. Erməni mediası bu etirazlara az yer verməyə çalışsa da, “https://ru.armeniasputnik.am” saytının verdiyi xəbərə görə, bu görüş baş tutub. II Qareginin adından etirazçılarla görüşən yepiskop Arşak Xaçaturyanın ilk açıqlaması isə katolikosun istefaya getmək fikrində olmaması yönündə olub. O, din xadimlərinin bəzi problemləri, narazılıqları olduğunu və bunların nəzərə alınacağını desə də, kilsə və onun başında dayanan şəxslə bağlı etirazları başa düşmədiyini bildirib. Hətta ultimatum şəklində etirazları anlamadığını bəyan edib. Erməni yepiskop kilsənin maraqlarını qorumaq üçün baş nazir Nikol Paşinyanın hadisələrə müdaxilə etməyəcəyinə də eyham vurub. Onun sözlərinə görə, hakimiyyət kilsədaxili məsələlərdən kənarda dayanmalıdır.
Oxşar şəkildə bəyanat verən baş nazir N.Paşinyan da guya Ermənistanda dövlətlə dinin ayrı-ayrılıqda fəaliyyət göstərdiyini söyləsə də, hazırda erməni dini liderinə qarşı bəzi siyasi ittihamlar da ortaya çıxıb. Belə ki, onun təmsilçisi olan yepiskop özünü bilməməzliyə vursa da, ittihamlardan biri də Serj Sarkisyanın ilk dəfə prezident kreslosuna yiyələndiyi seçkilərdən sonra baş verən 2008-ci ilin mart hadisələri zamanı İrəvanda keçirilən dinc etiraz aksiyasının gülləbaran edilməsində katolikos II Qareginin birbaşa məsuliyyət daşımasıdır. Ən azı ona görə ki, məhz II Qaregin Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Etirazçılar II Qareginin həmin hadisələrə görə məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bu isə həm də onu deməyə imkan verir ki, sıravi ermənilər indi başa düşüblər ki, II Qaregin də erməni xalqının bəlalarında Sarkisyan və Koçaryan qədər cavabdehlik daşıyır. O da faktdır ki, indiyə qədər region və Ermənistan üçün dönüş nöqtəsi sayılan bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələrdə bulunub.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

