Xain Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir
25.05.2018 [12:25]
Azərbaycan cəmiyyəti xəyanətkarın cəzalandırılmasını və bütün titullardan məhrum edilməsini tələb edir
Xain Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılandı. Qeyd edək ki, filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və genişürəkli erməni uşağının obrazı təqdim edilir. Vurğulanmalıdır ki, Əkrəm Əylislinin "Daş yuxular" cızma-qarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır və bir azərbaycanlı tərəfindən "etiraf" olunan bu "həqiqətlər" dünya erməniliyi üçün əsl hədiyyədir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.
Göründüyü kimi, Rüstəm İbrahimbəyovun bu xəyanəti məhz dünya erməniliyinin ölkəmizə qarşı apardığı məkrli planların bir hissəsidir. Bu mənada, Azərbaycan xalqı milli maraqlarımıza xəyanət edən, Azərbaycan həqiqətlərini təhrif edərək erməni lobbisinin mənafeyini qoruyan bir şəxsin ciddi şəkildə cəzalanmasını tələb edir. Cəmiyyətin bütün zümrələri R.İbrahimbəyovun ölkəmizin, xalqımızın adına daşıdığı bütün titullardan məhrum edilməsini istəyir. Çünki erməni maraqlarından çıxış edən birisinin Azərbaycanın ali titullarını daşımağa mənəvi haqqı çatmır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi onun ermənipərəst mövqeyinin aşkar nümayişidir. Millət vəkili qeyd edib ki, hələ ötən dövrlərdə R.İbrahimbəyovun hər zaman ermənipərəst mövqedən çıxış etməsi, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın haqlı mövqeyi ilə bağlı heç bir zaman fikir bildirməməsi onun hansı məqsədə xidmət göstərdiyinin göstəricisi idi: "Rüstəm İbrahimbəyov davamlı olaraq mətbuata verdiyi açıqlamalarda, müsahibələrdə ermənilərin dəstəkçisi, havadarı kimi çıxış edirdi. Bu insan uzun illərdir Azərbaycanın sərhədlərindən kənarda yaşayır və bir dəfə də olsun nəinki ölkəmizin mənafeyinə uyğun mövqe nümayiş etdirməyib, əksinə, hər zaman düşmənin tərəfində yer alıb. Bu mənada, İbrahimbəyovun son fəaliyyəti onun siyasi kimliyinin üstünə bir daha işıq salmış oldu. Azərbaycan cəmiyyəti onun bu xəyanətkar addımına qarşı etiraz edir, cəmiyyətin bütün zümrələri bu xainliyin cavabının verilməsini tələb edir. Mənim fikrimcə, onun bu addımına qarşı ciddi tədbirlər görülməlidir və Rüstəm İbrahimbəyov Azərbaycan adına, xalqımızın adına heç bir titul daşımamalıdır. O, özünün "həmfikri" Əkrəm Əylisli kimi bütün titullardan məhrum edilməlidir. Çünki xalqa xəyanət bağışlanılmaz bir cinayətdir".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə deyib ki, hər bir yaradıcı insan yazdığı əsərlə öz şəxsiyyətini, düşüncəsini, baxışını, millətinə, xalqına, tarixinə olan münasibəti ortaya qoyur. A.Aşırlı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filminin də onun kimliyini bir daha üzə çıxarmış olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sözügedən filmdə R.İbrahimbəyovun azərbaycanlılara olan münasibəti gözləniləndir: "Çünki biz hər zaman onun Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərdiyinin şahidi olmuşuq. R.İbrahimbəyov hər zaman torpaqlarımızı işğal edən, soyqırıma məruz qoyan, ümumiyyətlə, türk dünyasına qarşı ərazi iddiaları irəli sürən ermənilərin mövqeyindən çıxış edib. O, hər zaman türklərə qarşı içində kin gəzdirən birisidir ki, bu film də məhz bu hisslərin açıq şəkildə ifadəsidir. Zaman-zaman belə insanlara dəstək verən, onu Azərbaycanda prezidentliyə namizəd görmək istəyən insanlar nə qədər böyük səhvə yol verdiklərini düşünməlidirlər. Həmin şəxslər bu xalqın qarşısında günahlarını yuya biləcəklərmi? Nə yaxşı ki, Azərbaycan dövləti və onun ağıllı, düşüncəli xalqı var. Azərbaycan xalqı ağı qaradan seçməyi bacarır və bu tip insanlara olan münasibətini zamanında ortaya qoyub. Fikrimcə, Rüstəm İbrahimbəyovun bu addımına cavab verilməli və ona qarşı ciddi tədbirlər görülməlidir".
Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan üzrə katibi Sayman Aruz da Rüstəm İbrahimbəyovun əməllərinin bağışlanmaz olduğunu deyib: "Mən də bir Azərbaycan ziyalısı olaraq günlərdir ki, bu prosesi müşahidə edirəm və cəmiyyətin kifayət qədər ciddi qınağını görürəm. Birmənalı olaraq bildirirəm ki, xalqına qarşı nifrətlə dolu olan, belə bir xəyanətə əl atan şəxsin bu xalqın adı ilə bağlı heç bir titulu olmamalıdır. Azərbaycan xalqını təmsil etməyən, dəyərlərimizi öz dəyərləri bilməyən, mədəniyyətini öz mədəniyyəti saymayan, gələcəyini öz gələcəyi hesab etməyən, tarixini öz tarixi bilməyən insan Azərbaycan xalqının adı ilə bağlı heç bir titulu, adı daşımağa layiq deyil. Mən hətta deyərdim ki, kimlərinsə vasitəsilə, sifarişi və maliyyə dəstəyi ilə həmin xəyanət girdabında yer alan Rüstəm İbrahimbəyov vaxt gələcək ona dəstək verənlərin yanında belə hörmətini itirəcək. Çünki onu dəstəkləyən ermənilər və ya antimilli qruplar anlayırlar ki, öz millətinə xəyanət edənlər vaxt gələcək onlara da xəyanət edəcək. O, hər tərəfdən qovulmuş, arada qalmış fərdə çevriləcək və həyatı da elə bədnamlıqla sona yetəcək. Təəssüflər olsun ki, belələri azərbaycanlı adını daşıyırlar. Onun buna mənəvi haqqı çatmır. Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti belələrinə qarşı mütləq şəkildə qəti mövqe sərgiləməli və onların yalanlarını üzə çıxaracaq arqumentləri təbliğ etməlidirlər. Biz öz haqlı mövqeyimizi dünyaya çatdırmalıyıq. Əks halda düşmənlərimiz, ermənilər məhz Rüstəm İbrahimbəyov kimi xainlərdən istifadə edərək bu cür yalanları tirajlamaqda davam edəcəklər".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41

