“700 min ağac əkək” kampaniyası başa çatıb
15.05.2018 [09:04]
Əli Əhmədov: Ən güclü siyasi təşkilat olaraq bütün sahələrdə örnək olduğu kimi, partiyamız ekoloji tarazlığın təmin edilməsi sahəsində də öz rolunu oynamalıdır və oynayır
Mayın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan “700 min ağac əkək” kampaniyasına yekun vurulub. YAP-ın yaranmasının 25 illiyi münasibətilə reallaşdırılan kampaniyanın Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində keçirilən son ağacəkmə aksiyasında YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, partiyanın fəalları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu aksiya Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədardır. Kampaniya çərçivəsində YAP-ın üzvlərinin sayı qədər - 700 min ağac əkilməsinin nəzərdə tutulduğunu deyən Əli Əhmədovun sözlərinə görə, kampaniya ötən ilin noyabr ayından başlayıb: “Bu günə qədər YAP üzvləri tərəfindən Azərbaycanın bütün regionlarında 700 mindən çox ağac əkilib. Bu gün kampaniyaya yekun vurulur. Partiyamızın üzvləri bu təşəbbüsə yüksək fəallıqla qoşuldular. Bu kampaniyanın mənası ondan ibarətdir ki, YAP ekologiyanın təmizliyinə, yaşıllaşdırma işlərinə öz töhfəsini verir. YAP-ın yaradıcısı, Ümummilli lider Heydər Əliyev həmişə yaşıllaşmaya, ağac əkilməsinə böyük önəm verib. Prezident İlham Əliyev də yaşıllaşdırma işlərinə böyük önəm verir və bu günlərdə burada şəxsən ağac əkib. Biz də bu strategiyadan kənarda qalmaq istəmirik. Ən güclü siyasi təşkilat olaraq bütün sahələrdə örnək olduğu kimi, partiyamız ekoloji tarazlığın təmin edilməsi sahəsində də öz rolunu oynamalıdır və oynayır. Eyni zamanda, bu tipli kampaniyalarla YAP nə qədər mütəşəkkil qüvvə olduğunu nümayiş etdirir. Bu gün YAP üzvləri fəallıqla, sevinc hissi, ruh yüksəkliyi ilə ağac əkirlər. Bu həm də ünsiyyət formasıdır”.
YAP Sədrinin müavini bu kampaniyanın bir sıra faydalarının olduğunu vurğulayıb: “Birinci fayda ondan ibarətdir ki, ağac əkilir, ağac isə yaşıllıq, sağlamlıq deməkdir. Bir neçə il keçəcək, burada əkilən badam ağacları bağ olacaq, bar verəcək, həm də gözəl bir yaşıllıq yaranacaq. İkincisi, bu hadisə mütəşəkkilliyin göstəricisidir, digər tərəfdən isə ünsiyyət formasıdır. Məmnunluq hissi ilə demək istəyirəm ki, partiya bütün sahələrdə öz mütəşəkkilliyini gücləndirmək üçün müxtəlif formalardan istifadə edir və bu kampaniya da onlardan biridir”.
“Azərbaycan gündən-günə çiçəklənir və gözəlləşir. Bu kampaniya da onun bir parçasıdır”. Bu fikirləri isə ağacəkmə aksiyasında iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib. Erkan Özoral bildirib ki, kampaniya həm Azərbaycanın gözəlliyinə əlavə gözəllik qatır, həm də bu ağacların əkilməsi bütün təbiəti canlandıran mühüm bir hadisədir.
“YAP-ın təşəbbüsü ilə 700 min ağacın əkilməsi qarşıdakı illərdə yeni-yeni məhsulların ortaya çıxmasına imkan verəcək. Yaşıllaşdırma kampaniyası həm ekologiyaya, ətraf mühitə, iqlimə yaxşı təsir göstərəcək, həm də bu ağaclar meyvələr verərək iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Bu, çox mühüm bir hadisədir və ona görə də biz burada iştirak edirik”, - deyə səfir vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55

