/ / “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)” kitabı təqdim edilib
“Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)” kitabı təqdim edilib
15.05.2018 [09:09]
Mayın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı rus dilində nəşr olunmuş kitab haqqında danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi başlayıb. Dahi rəhbərin müdrik siyasəti, uzaqgörənliyi sayəsində bu gün Azərbaycan dünya siyasi tarixində özünəməxsus yer tutur. Ümummilli lider daxili və xarici təzyiqlərə, üzləşdiyi çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaradıb. Onun irsi tükənməzdir.
M.İbrahimqızı diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab Ulu öndərin qeyd olunan dövrlərdəki siyasi fəaliyyətindən bəhs edir və burada həmin illəri özündə ehtiva edən mühüm sənədlər toplusu yer alır. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq aləmdə tanınması, təbliği ilə bağlı böyük işlər görülüb. Bütün bu işlər həmin kitabda arxiv sənədlərinin köməyi ilə əks olunub. Tədqiqatçılar üçün mühüm əhəmiyyətə malik sənəd xarakteri daşıyan bu kitab tezliklə Azərbaycan dilində də nəşr olunacaq.
Milli Məclisin deputatı Sahibə Qafarova təqdimatı keçirilən kitabın Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində mühüm sənədlər toplusu olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hər bir dövlətin uğurlu xarici siyasəti onun sabitliyinin, təhlükəsizliyinin göstəricisidir. Azərbaycanın da bu gün uğurlu xarici siyasəti var. Təbii ki, bunun da arxasında beynəlxalq uğurlu siyasət durur. Bütün bunlar Ulu öndərin uğurlu siyasətinin nəticəsidir. Bunu 1969-cu ildən 1982-ci ilə qədər olan illəri əhatə edən kitabda görmək olar. Belə kitabın nəşri Azərbaycan gəncləri üçün çox mühüm hadisədir. Kitabda arxiv materiallarından istifadə olunub. Bununla yanaşı, burada Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edilir. Buna görə də həmin kitab universitet kitabxanalarında olmalı, hər bir gəncimiz bu kitabdan bəhrələnməlidir.
Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüb. O, kitabın rus dilində nəşr edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, belə bir kitabın nəşri və xaricdə yayılması ölkəmizin qeyd olunan dövrdə xarici siyasətinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə izlənilir və yüksək qiymətləndirilir. Bu cür kitablar tədqiqatçıların stolüstü kitabı olmalı, gənclərin dərslikləri sırasında yer almalıdır.
Azərbaycan Dillər Universitetinin prorektoru Sərraf Hüseynov bildirib ki, kitabda həm də Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri haqqında məlumatlar qeyd olunub. Ona görə də bu kitabı “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə bir töhfə kimi də qiymətləndirmək olar. Bundan başqa, idarəetməni öyrənmək istəyən hər bir gənc gərək bu kitabdan istifadə etsin. Kitabdakı sənədlərdən də məlum olur ki, Azərbaycanın dövlətçilik tarixi çox zəngindir. Onu öyrənmək, təbliğ etmək, gənclərimizə aşılamaq və onların da öyrənməsinə şərait yaratmaq lazımdır.
Kitabın tərtibçilərindən biri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və nəşr şöbəsinin müdiri Lalə Hüseynova nəşrin ictimaiyyət tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib. Qeyd edib ki, kitabın ərsəyə gəlməsində 313 arxiv sənədindən istifadə olunub. Lalə Hüseynova deyib: “Ulu öndər Heydər Əliyevin nüfuzu o qədər böyük idi ki, O, hakimiyyətə gəldikdən sonra əvvəlki dövrlərə nisbətən Azərbaycana rəsmi nümayəndələrin səfəri daha da artdı. Xarici ölkələrin dövlət başçıları ölkəmizə səfər etməyə başladılar. Onların hər biri Ulu öndərlə görüşmək üçün can atırdı. Heydər Əliyev onlarla görüşərkən Azərbaycan elmindən, mədəniyyətindən, ölkəmizin qədim tarixindən danışırdı. Ümummilli lider Heydər Əliyev xarici siyasət sahəsində böyük işlər görüb. Kitabda əks olunanlar Ulu öndər tərəfindən imzalanmış sənədlərdir. Sənədlər toplusu iki cilddən ibarətdir”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

