Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zviad Dzidziquri: Gürcüstan və Azərbaycan parlamentləri arasında münasibətlər intensivləşdiriləcək

Zviad Dzidziquri: Gürcüstan və Azərbaycan parlamentləri arasında münasibətlər intensivləşdiriləcək

15.05.2018 [09:06]

“Gürcüstan və Azərbaycan parlamentləri arasında münasibətlər intensivləşdiriləcək”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri azərbaycanlı millət vəkilləri ilə görüşdən sonra deyib.
O bildirib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud əlaqələr barədə fikir mübadiləsi aparılıb: “Azərbaycan bizə qonşu və dost ölkədir. Gürcüstan və Azərbaycan hökumətləri arasında görüşlər tez-tez keçirilir. Parlament nümayəndələri arasında da görüşlərin tezliyi bu səviyyəyə çatdırılmalıdır. Parlamentlərarası intensiv münasibətlər dövlətlərimizin daha da yaxınlaşmasına töhfə verəcək”.
Z.Dzidziquri qeyd edib ki, görüşdə həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələ də nəzərdən keçirilib.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov isə bildirib ki, Gürcüstanda keçirilən görüşlərdə parlamentlərarası münasibətlərin möhkəmlənməsi müzakirə olunur. “Görüşlərdə səsləndirilən təkliflər nəzərdən keçiriləcək və əməkdaşlıq üzrə proqram hazırlanacaq. Deputatların yalnız paytaxtlara deyil, sərhədyanı bölgələrə də qarşılıqlı səfərləri planlaşdırılır. Bölgələrdə yaşayan sakinlərin bir-birinə daha da yaxınlaşdırılması üçün mədəni və idman tədbirlərinin keçirilməsi də nəzərdən keçirilir”.
Millət vəkilləri, həmçinin Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava ilə görüşüb.

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30