/ / Sevinc Fətəliyeva: Ənənəvi mediada və sosial şəbəkələrdə dözümsüzlüyün və zorakılığın təbliği yolverilməzdir
Sevinc Fətəliyeva: Ənənəvi mediada və sosial şəbəkələrdə dözümsüzlüyün və zorakılığın təbliği yolverilməzdir
26.04.2018 [09:13]
Azərbaycan həm daxili, həm də xarici siyasətin mühüm istiqaməti kimi multikulturalizm siyasətini həyata keçirir. Bu siyasət fərqli millətlərin və konfessiyaların nümayəndələrinə münasibətdə etik normalara və qaydalara riayət olunmasına əsaslanır, ənənəvi mediada və sosial şəbəkələrdə dözümsüzlüyün və zorakılığın təbliğatının istənilən təzahürünə qarşı çıxır.
AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında birgə debatlar zamanı çıxışında söyləyib. O deyib: “Azərbaycanda media nümayəndələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, əgər əsasları varsa tənqid də edirlər. Tənqid adı altında qara yaxmaq, təhqir, şantaj etmək isə qəbuledilməzdir. Jurnalistika fəaliyyəti heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla müqayisədə üstün səlahiyyətlər vermir. Jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs yaşadığı və fəaliyyət göstərdiyi ölkənin qanunlarına riayət etməyə borcludur”.
Sevinc Fətəliyeva qeyd edib ki, müasir dövrdə sosial şəbəkə erasında jurnalistika anlayışı dəyişib. Hər bir şəxs mütəmadi olaraq informasiya yayırsa, proseslərlə bağlı öz baxışlarını, mövqeyini nümayiş etdirirsə özünü jurnalist adlandıra bilir. Bizi narahat edən məsələ jurnalistikada peşəkarlığın olmamasıdır.
Deputat bildirib ki, müzakirə olunan mövzu kontekstində universal meyar və prinsipləri özündə əks etdirən jurnalist kodeksini xatırlamaq yerinə düşər. Tam sərbəstlik şəraitində mediadan şəxsi məqsədlər üçün istifadə etmək cəhdlərinin artması ictimaiyyətin diqqətini jurnalist fəaliyyətinin mənəvi aspektlərinə cəlb edir. Müxtəlif növ və səviyyələrdə olan bir çox nəşrlər polemika mədəniyyətinin aşağı səviyyədə olması, opponentlərin fikirlərinin təhrif edilməsi, fərqli baxışlara münasibətdə düşmənçilik göstərməsi ilə seçilir.
Söz və ifadə azadlığı jurnalistin fəaliyyətinin ayrılmaz bir hissəsidir. Cəmiyyətin deyil, hakimiyyətin və ya təsisçinin maraqlarına xidmət etmək jurnalist etikasının pozulması deməkdir. Jurnalist insanın şəxsi həyatına hörmətlə yanaşmalıdır.
Jurnalist kodeksinə toxunan millət vəkili 1983-cü ildə beynəlxalq və regional jurnalist qurumlarının qəbul etdiyi “Jurnalist etikasının beynəlxalq prinsipləri” adlı sənədi xatırladıb. Bildirib ki, həmin prinsiplər media işçilərinin xəbərləri həqiqətə uyğun və dürüst şəkildə yaymasını və insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək və məlumatları sərbəst şəkildə almaq hüququnu təmin etmələrini tələb edir. Dünya jurnalist ictimaiyyəti tərəfindən hazırlanmış peşəkar və etik standartlar obyektiv qərarlar qəbul etməyə, azad yaradıcılıq məkanının sərhədlərini müəyyənləşdirməyə kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05

