Ermənistan-Azərbaycan münaqişəsi NATO PA-nın seminarında diqqət mərkəzində olub
26.04.2018 [09:13]
NATO Parlament Assambleyasının Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarı aprelin 25-də işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyada Cənubi Qafqazda davam edən münaqişələr və onların yaratdığı təhlükələr diqqət mərkəzində olub.
Çıxışlarda Cənubi Qafqazda mövcud olan münaqişələrin Avropa və Asiyanın təhlükəsizliyinə təhdid olduğu vurğulanıb.
Ermənistandan olan QHT nümayəndəsi Benyamin Poqasyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb, problemin həlli ilə bağlı kompromis təklif edib.
Azərbaycan nümayəndə heyətinin məsələyə münasibəti çox gecikməyib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək əvvəlcə münaqişənin tarixi və başvermə səbəbləri barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Hazırda işğal altında olan həmin ərazilərdə narkotiklər yetişdirilir, terrorçular hazırlanır. Həmin ərazilərdə hazırlanan terrorçular isə dünyanın bir çox ölkələrində qanlı terror aktları və digər cinayətlər törədirlər. Dünya birliyi bunu unutmamalıdır.
M.İbrahimqızı deyib: “Təəssüf ki, bu gün işğala məruz qalanla işğalçıya fərq qoyulmur. Lakin işğala məruz qalandan kompromis tələb olunur. Bu, mümkünsüzdür, ilk növbədə, işğala son qoyulmalı, işğalçıya qarşı tədbirlər görülməlidir. Bütün beynəlxalq təşkilatlar işğalçıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməlidir”.
Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər, lakin yenə də problemin həlli üçün sülh yoluna üstünlük verir.
Bəzi çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə adlandırılmasına etiraz edən M.İbrahimqızı 2016-cı ilin aprel hadisələrini xatırladıb, bu cür hadisələrin təkrarlanmaması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında qeyd-şərtsiz tərk etməyə çağırıb.
Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında bildirib ki, Azərbaycan sülhsevər ölkədir və hər zaman kompromisə hazırdır. Lakin, ilk növbədə, Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Azərbaycan dövləti və xalqı yalnız bundan sonra kompromisə gedə bilər.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27

