/ / Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
21.04.2018 [10:00]
Ermənistanın bugünkü hakimiyyəti Azərbaycan ərazisinin işğal olunması ilə əslində Ermənistanın siyasi hakimiyyətini işğal edib. Bu günə qədər də onlar bu siyasətdən öz maraqları üçün istifadə edirlər. Baxmayaraq ki, Minsk qrupu çərçivəsində danışıqlar davam etdirilir, Azərbaycanın mövqeyi sülhpərvər mövqedir, biz istəyirik ki, münaqişəni sülh yolu ilə həll edək, amma işğalçı ölkənin hakimiyyəti bunu edə bilmir. Ona görə ki, onlar səhra komandiri düşüncəsindədirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.
Rövşən Rzayev bildirib ki, Ermənistan yürütdüyü işğalçılıq siyasətinin qurbanına çevrilib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan Ermənistanı bütün beynəlxalq layihələrdən kənarda qoyub, bu ölkə təcrid vəziyyətindədir. Bir sözlə, işğalçılıq siyasəti Ermənistana baha başa gəlib. Azərbaycan isə bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, bir çox önəmli layihələrin təşəbbüskarı, onları həyata keçirən bir dövlətdir.
Milli Məclisin deputatı qeyd edib ki, bu gün Ermənistanda baş verən mitinqlərə nəzər yetirsək, iştirakçıların əksəriyyətinin gənclər olduğunu görərik. Onlar başa düşürlər ki, bu cür hakimiyyətlə gələcəklərini qura bilməyəcəklər. Ermənistanın iqtisadiyyatı çöküb. Ermənistan dövlətinin çoxlu xarici borcları var və bu borcun altından çıxa bilmir. Bütün bunlar Ermənistan əhalisinə yaxşı heç nə vəd etmir. Bununla yanaşı, Serj Sarkisyan rejimi ölkədə insan haqlarını kobud şəkildə pozur, vətəndaşlara qarşı güc tətbiq olunur. Ona görə də insanlar ayağa qalxıb öz haqlarını tələb edirlər.
Rövşən Rzayev, həmçinin deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanda baş verən bütün bu hadisələri görsə də, mövqe nümayiş etdirmir. Ermənistanı dəstəkləyən qruplar bu ölkədə insan haqlarının pozulmasını beynəlxalq təşkilatlarda, məsələn AŞPA-da qaldırmırlar. Bu da ikili standartların bariz göstəricisidir.
Deputat deyib: “Nə qədər ki, Ermənistan hakimiyyəti bu siyasəti yürüdəcək, Ermənistanda vəziyyət bir o qədər də pis olacaq. Azərbaycan tərəfi illərdir Ermənistan tərəfini dialoqa dəvət edir, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu üçün Ermənistan-Azərbaycan Sülh Platforması yaradılıb. İşğalçı siyasət həyata keçirən Ermənistan hakimiyyəti, konkret olaraq Serj Sarkisyan isə bu proseslərə əngəl yaradır. Beynəlxalq ictimaiyyət bütün bunlarla bağlı öz sözünü deməlidir. Ermənistan bu siyasətini davam etdirəcəyi və beynəlxalq ictimaiyyətin də biganəlik nümayiş etdirəcəyi təqdirdə bu ölkəni daha pis günlər gözləyir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

