/ / İsrailli ekspert: Azərbaycanda prezident seçkiləri yeni islahatlara təkan verəcək, yeni nailiyyətlərin başlanğıcı olacaq
İsrailli ekspert: Azərbaycanda prezident seçkiləri yeni islahatlara təkan verəcək, yeni nailiyyətlərin başlanğıcı olacaq
07.04.2018 [09:53]
Azərbaycanda prezident seçkiləri ölkə cəmiyyəti üçün çox mühüm siyasi hadisədir. Biz seçki məntəqələrinə gedən və arzu etdikləri namizədlərə səs verən Azərbaycan xalqının seçkilərdə yetərincə fəallıq göstərdiyinin həmişə şahidi olmuşuq. Şübhə etmirəm ki, Azərbaycan cəmiyyəti budəfəki prezident seçkilərində də fəal iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında çıxış edərkən söyləyib.
Arye Qutun fikrincə, İsrail-Azərbaycan münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. “Bu gün iki ölkə arasında siyasi tərəfdaşlıq və dövlət başçılarının şəxsi etimadı ən yüksək səviyyədədir. Azərbaycan müsəlman dünyasında İsrailin ən yaxşı və səmimi münasibətlər saxladığı yeganə ölkədir. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət bəslədiyini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycan da kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac duyur və bu siyahını davam etdirmək olar”, - deyə israilli ekspert vurğulayıb.
Arye Qut qeyd edib ki, əhalisinin əksəriyyətinin İslam dininə etiqad etdiyi Azərbaycan bir sıra digər etnik və dini qrupların nümayəndələri, o cümlədən qədim zərdüştilik, eləcə də xristian və yəhudi icmaları üçün vətəndir. “Qonşu Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsinə və təcavüzünə baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan siyasətinin başlıca xətti olaraq qalmaqda davam edir. Hətta 25 il bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülh və harmoniyanı saxlamağı davam etdirirdi. Azərbaycanda heç vaxt antisemitizm olmayıb, İsraildə yaşayan, əslən Azərbaycandan olanlar bunu təsdiqləyə bilərlər. Eyni zamanda, Avropa ölkələrinin əksəriyyətində multikulturalizm konsepsiyası iflasa uğradığı dövrdə, Prezident İlham Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq ideyasını həyata keçirir və dünyada populyarlaşdırır”, - deyə Arye Qut qeyd edib.
“Azərbaycan özünün dünya və regional dövlətlərdən asılı olmayan çoxvektorulu müstəqil xarici siyasətini yürüdür. Azərbaycanın rəsmi Tehranla yaxşı səmimi, qardaş Türkiyə ilə yaxın, Rusiya ilə etimada əsaslanan münasibətləri var. Rəsmi Bakı sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz. Türkiyə və İsrail arasında gərginlik yarananda Azərbaycan onlar arasında tez-tez vasitəçi qismində çıxış etməyə çalışır”, - deyə Arye Qut vurğulayır.
Azərbaycandakı prezident seçkiləri mövzusuna qayıdan Arye Qut qeyd edib ki, bu seçkilər dövlətin tarixində yeni eranın başlanğıcı kimi xarakterizə olunur. “Əminəm ki, bu seçkilər yeni islahat və nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq. Hazırda Azərbaycan özünün ən yeni tarixində mühüm inkişaf mərhələsini yaşayır. Düşünürəm ki, aprelin 11-də prezident seçkiləri beynəlxalq norma və qaydaların tələblərinə müvafiq və yüksək səviyyədə keçiriləcək. Siyasi partiyalar və KİV üçün tam azadlıq var, internet məkanı tam azaddır. Hesab edirəm ki, seçkilərdə gələcək və inkişaf naminə düzgün seçimini edəcək Azərbaycan xalqının iradəsi nümayiş olunacaq”, - Arye Qut fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

