Dağlıq Qarabağ problemi yenidən BMT-nin müzakirəsinə çıxarılır
19.09.2009 [14:01]
Sentyabrın 15-də Nyu-York şəhərində BMT Baş Məclisinin növbəti sessiyası öz işinə başlayıb. Hazırda 64-cü sessiyanın gündəliyinə 164 məsələ daxildir. Onların arasında müzakirəsi 62-ci sessiyada yekunlaşmayan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət “ və “GUAM ərazisində davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri “ ilə bağlı məsələlər də var. Azərbaycan ümumi müzakirələrdə xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı altında nümayəndə heyəti ilə təmsil olunur. Məsələyə münasibət bildirən ölkəmizin BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev Baş Məclisin 64-cü sessiyasının ölkəmiz üçün əlamətdar olacağını bildirib. Onun sözlərinə görə, sessiyada “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” və “GUAM ərazisində davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” məsələlərinə baxılması, digər tərəfdən, ölkəmizin təşəbbüskarı olduğu “Dünyaya transmilli Avrasiya informasiya super magistralı vasitəsilə bağlantını quraraq” və “Novruz beynəlxalq günü” qətnamə layihələrinin müzakirəsi böyük əhəmiyyət kəsb edir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə BMT-nin tanınmış, çox ciddi və nüfuzlu siyasi tribuna olduğunu önə çəkdi. Millət vəkili bəzən BMT-nin qəbul etdiyi qərarların yerinə yetirilməməsi ilə bağlı müəyyən narazılıqların da olduğunu xatırladaraq, bu təşkilatın məqsədinin hər hansı prinsipi elan etməkdən ibarət olduğunu dedi: “O baxımdan Azərbaycan BMT-nin imkanlarından hər zaman maksimum istifadə etməyə çalışır. Nəzərə alsaq ki, bu gün Azərbaycan torpaqları işğal altındadır, Ermənistan BMT tərəfindən işğalçı dövlət kimi tanınır, hesab edirəm ki, bu istiqamətdə fəaliyyət davamlı olmalıdır. Bu gün Ermənistan çox çalışır ki, beynəlxalq təşkilatlardan öz işğalçı siyasətinə hər hansı formada dəstək alsın. Buna nail ola bilmir, çünki Ermənistan beynəlxalq hüquq normalarını pozan işğalçı dövlətdir. Azərbaycan budəfəki sessiyada da həm işğal altında olan torpaqlar, həm də digər məsələlərlə bağlı dinləmələrdə fəal iştirak edəcək. Müvafiq məsələlərin həllinə hazırlıq gedir və fikrimcə, BMT bu dəfə də, Azərbaycanın haqq işinə dəstək verəcək. çünki dövlətlərin bir çoxu açıq və ya gizli şəkildə separatizm meyillərindən əziyyət çəkir. Əgər separatizmə yol verilsə, onda dünyanın siyasi xəritəsini yenidən qurmaq, ən əsası bu gün dünyada mövcud olan stabilliyin üstündən xətt çəkmək lazım gələ bilər. Bu baxımdan Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər çox olacaq”.
Millət vəkili keçmiş sovet məkanında həll edilməmiş ən aktual münaqişənin məhz Dağlıq Qarabağ problemi olduğunu dilə gətirdi. Separatçı Cənubi Osetiya və Abxaziyanın artıq Rusiya və bir neçə ölkə tərəfindən müstəqil dövlət kimi tanındığını önə çəkən A.Mirzəzadə bu amilin problemin həllini həddən artıq ağırlaşdırdığını dedi.
Politoloq Elşad Mirbəşiroğlu da BMT-nin 62-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qətnamənin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, qətnamədə BMT-nin qarşıdan gələn sessiyalarında da məsələ ilə bağlı dinləmələrin keçirilməsi və hesabat xarakterli məlumatların hazırlanması öz əksini tapmışdı: “Baş Məclisin 64-cü sessiyasında yenidən Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı dinləmələrin aparılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, məhz 62-ci sessiyada əldə olunan bu uğur Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğuru kimi qeyd edilməlidir. Həmin qətnamədə qeyd olunurdu ki, işğalçı Ermənistan qoşunları Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etməlidir. Hesab edirəm ki, bu dəfə də yeni sənədin qəbulu məsələnin gündəmdə qalmasına yaxından kömək göstərəcək və danışıqlar prosesinin indiki intensiv dövründə Azərbaycana böyük üstünlük gətirəcək”.
O ki qaldı, GUAM ölkələrində həll edilməmiş münaqişələrlə bağlı dinləmələrə, politoloq bu məsələnin də Azərbaycana yalnız divident qazandıracağını söylədi.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

