/ / Professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” monoqrafiyası çapdan çıxıb
Professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” monoqrafiyası çapdan çıxıb
06.04.2018 [10:24]
Türkiyədə professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri çap olunub.
AZƏRTAC xəbər verir ki, əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımlar, azərbaycanlıların dəfələrlə deportasiya edilməsinin mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs olunur.
Kitabın “İthaf” bölməsində müəllif 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktlarını vurğulayıb. Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta “Böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
“Erməniçilik müasir dövrün problemi kimi” əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır. Əsər, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və press-relizlərin hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya çıxarılan əsasız iddialara qarşı dəyərli elmi vəsaitdir.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

