Qondarma “Milli şura” ilə radikal dindarlar Azərbaycana qarşı yeni xəyanət planı hazırlayıblar
31.03.2018 [09:37]
Bu qurumlar arasında vahid koordinasiya mərkəzinin yaradılması sözügedən təxribatçı qüvvələrin xaricdəki ermənipərəst dairələr qarşısında yeni öhdəlik götürdüklərini bir daha təsdiqləyir
Hər zaman Azərbaycan xalqının, dövlətinin milli maraqlarına əks mövqe tutan radikal müxalifət yenə də öz ampluasındadır. Antimilli xarici mərkəzlərin, erməni diasporunun pulu ilə Azərbaycanda ictimai-siyasi sabitliyə kölgə salmaq istəyən radikal ünsürlər ölkəmizdəki seçkiqabağı siyasi sabitlikdən narahat olduqlarını hər addımda büruzə verirlər. Qeyd edək ki, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək və seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi hətta beynəlxalq təşkilatların yerli missiyaları tərəfindən də etiraf olunur. Bu baxımdan da radikal ünsürlər ölkəmizdə demokratik ənənələrə əsaslanan, şəffaf və ədalətli seçki mühitinin mövcudluğundan narahat olur, müxtəlif yollarla buna mane olmağa çalışırlar.
O da vurğulanmaladır ki, AXCP, qondarma “Milli şura” və Müsavat Partiyası seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut etdi. Özünü siyasi qüvvə kimi təsdiqləyə bilməyən, cəmiyyət arasında heç bir nüfuza, elektorata malik olmayan bu qurumlar birmənalı şəkildə antimilli maraqların ifadəçisi qismində çıxış edirlər. “Milli şura” adlanan qondarma, üzvü olmayan, sadəcə, Əli Kərimlinin yedəyinə və “qrant layihəsi”nə çevrilmiş qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması da Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin xaricdəki ermənipərəst mərkəzlər qarşısında yeni öhdəlik götürdüklərindən xəbər verir. Ümumiyyətlə, xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itaətsizliyinə səsləyən “Milli şura” və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri Azərbaycanda hakimiyyət-xalq vəhdəti və birliyidir. “Milli şura” və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi üçün, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxladığına görə qisas almaq istəyirlər.
Bu məsələdə digər maraqlı bir məqam isə İran prezidentinin Azərbaycana səfərinə iki gün qalmış “Milli şura” ilə radikal dindarların tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratdıqlarını elan etməsidir. Bu, bir daha həmin qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və ölkəmizə, xalqımıza düşmən münasibəti bəslədiyini göstərir. Anti-Azərbaycan, anti-İslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli martın 31-də keçirəcəyi mitinqində radikal dindarların da iştirakını təmin etmək və beləliklə də, martın 10-da uğradığı rüsvayçılığı ört-basdır etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Qeyd edək ki, martın 10-da Bakı şəhərində keçirilən icazəli mitinqə cəmi bir neçə yüz insanın qatılması bir daha Əli Kərimlinin qol-qanadını sındırmış, arzularını puç etmişdi. “Birləşmiş mitinq” tamaşası adlandırdıqları aksiyanın bu biabırçı mənzərəyə çevrilməsi isə radikal ünsürlərin ermənipərəst mərkəzlər qarşısındakı “etibarını sarsıtmışdı”. Bu səbəbdəndir ki, Əli Kərimli mitinq-tamaşasına yenidən adam toplamaq üçün hətta radikal dindarlarla da birləşməyi gözə alır.
Bilindiyi kimi, “Milli şura” və radikal dindarların başlıca hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaq məqsədi qoyulub. Ona görə də Əli Kərimli öz mitinq-tamaşasında radikal dindarlara da böyük həvəslə yer ayırır. Ümumiyyətlə, Əli Kərimli ilə Tale Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir. Bu səbəbdəndir ki, Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli şura” və radikal dindarlar formalaşdırdıqları “troll dəstələri” vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər.
Nəticə etibarilə, qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, “Milli şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi isə Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir. Əlbəttə ki, bu cür xəyanətkar qüvvələrin cavabı xalqımız tərəfindən layiqli şəkildə verilir. Azərbaycan cəmiyyəti bu cür dağıdıcı antimilli ünsürlərə etinasız münasibəti ilə onları dəstəkləmədiyini birmənalı şəkildə nümayiş etdirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

