/ / Qondarma “Milli şura” ermənipərəst mərkəzlərin sifarişi ilə radikal dindarlarla vahid koordinasiya mərkəzi yaratmaq niyyətindədir
Qondarma “Milli şura” ermənipərəst mərkəzlərin sifarişi ilə radikal dindarlarla vahid koordinasiya mərkəzi yaratmaq niyyətindədir
30.03.2018 [10:15]
Bu, Azərbaycan dövlətçiliyinə qarşı çıxış edən sözügedən təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir
Ölkəmizdə bir neçə gündən sonra prezident seçkiləri keçiriləcək. Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühit sabitdir, seçkilər prosesi tam qanunauyğun şəkildə həyata keçirilir, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyət yoxdur, seçkilərə ictimai maraq yüksək səviyyədədir. Eyni zamanda, seçkilərə hazırlıqla bağlı görülən mütərəqqi işlər beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən də yüksək qiymətləndirilir. Görünür, ölkəmizdəki bu müsbət mənzərə bəzi yerli və xarici anti-Azərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub. Bunun nəticəsidir ki, bir sıra ermənipərəst mərkəzlərin maddi dəstəyi və sifarişi ilə yenidən “fəallaşan” “beşinci kolon” nümayəndələri bir sıra əməlləri ilə cəmiyyətdə qarışıqlıq salmaq niyyətlərini açıq şəkildə büruzə verirlər.
İlk olaraq qeyd edilməlidir ki, seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha ortaya qoyan “Milli şura” adlanan qondarma qurumun ard-arda mitinq keçirmək, özünü “siyasi qüvvə” kimi isbat etmək arzuları puç çıxıb. Martın 10-da keçirilən mitinqə xalqın etinasız yanaşması, icazəli aksiyaya cəmisi bir neçə yüz insanın qatılması bir daha adıçəkilən radikal ünsürlərin cəmiyyət tərəfindən dəstəklənmədiyini ortaya qoydu. Beləliklə, mitinq fiaskosundan sonra Əli Kərimli və yandaşları indi yeni bir təxribat planına əl atmağa niyyətlənib. Qeyd etmək yerinə düşər ki, qondarma “Milli şura”nın radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir. Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itaətsizliyinə səsləyən “Milli şura” və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri isə Azərbaycanda hakimiyyət-xalq vəhdəti və birliyi amilidir.
Ümumiyyətlə, bu, birmənalıdır ki, “Milli şura” və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi üçün, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxladığı üçün qisas almaq istəyir. Məhz bu istəyin nəticəsidir ki, həmin qüvvələr sabit, yüksək inkişafa malik, sosial cəhətdən yüksək təminatı olan Azərbaycanda qarşıdurma yaratmaq, vətəndaş həmrəyliyinə xələl gətirmək, demokratik inkişaf prosesinə maneçilik törətmək arzusundadırlar. İran prezidentinin Azərbaycana səfərinə iki gün qalmış “Milli şura” ilə radikal dindarların tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratdıqlarını elan etməsi bir daha bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və xalqımıza düşmən münasibəti bəslədiyini göstərir.
O cümlədən anti-Azərbaycan, anti-İslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli martın 31-də keçirəcəyi mitinqində radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Bundan əvvəlki mitinqin biabırçılıqla nəticələnməsi onu bu addımı atmağa vadar etməkdədir. Yəni “mitinq-tamaşa”sında yenidən radikal dindarları ön plana çəkmək arzusu Əli Kərimlinin istinad nöqtələrinin bir daha ortaya çıxmasına dəlalət edir. Özünü qərbpərəst kimi qələmə verməyə çalışan Ə.Kərimlinin təşkil etdiyi bu tamaşada dindarlara da “yer etməyə” çalışması onun siyasi kimliyinin əsl ştrixlərindən xəbər verir. Görünən budur ki, öz marağı xatirinə ermənilərlə belə əməkdaşlıq etməyə hazır olanlar indi də radikal dindarların arxasında gizlənməyə çalışırlar. Amma onların bu oyununun da puç olacağı şübhəsizdir. Çünki Ə.Kərimli və onun kimilərinin gündə bir cildə girməsi - gah dindar libasına bürünməsi, gah narıncıya qərq olması, gah qərənfilə, gah da qızılgülə tamah salması artıq ənənəvi hal alıb.
Qeyd etdiyimiz kimi, “Milli şura” və radikal dindarların başlıca hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır. Əli Kərimli ilə Tale Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir. Bu səbəbdəndir ki, Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli şura” və radikal dindarlar formalaşdırdıqları “troll dəstələri” vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiyalar tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər.
Sadalananlardan gəldiyimiz qənaət bu yöndədir ki, “Milli şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir. Əlbəttə, bu cür xain, satqın qüvvələrə milli mənafeyimizə cəbhə açanlara qarşı öz birmənalı münasibətini ortaya qoyan Azərbaycan xalqı hər zaman bu cür xəyanətkarların layiqli cavabını verib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

