Cenevrədə Azərbaycanın qaçqın və məcburi köçkün problemindən bəhs olunub
24.03.2018 [10:05]
Cenevrədə davam edən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində İnsan Hüquqlarının Təşviqi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi və həmin şəhərdə yerləşən Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə “Hərəkətdə olan insanların müdafiəsi: Qaçqın və miqrant böhranı kontekstində məcburi köçkünlər” mövzusunda panel müzakirələr təşkil edilib.
Panel iclası dünyanın müxtəlif regionlarında münaqişə və zorakılıq nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının qorunması və onlara yardım göstərilməsi istiqamətində səylərin gücləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədini daşıyıb.
Beynəlxalq gündəmdə əsas yer tutan Suriya və İraqda məcburi köçkün problemi ilə bir sırada Azərbaycanda mövcud olan eyni problemin tədbirdə müzakirə edilməsi ölkəmizdəki məcburi köçkün məsələlərinə daha geniş beynəlxalq diqqətin cəlb edilməsi üçün münbit şərait yaradıb.
Panel müzakirələrinin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov dünyada məcburi köçkünlərin sayının rekord göstəriciyə - 41 milyon nəfərə çatmasına və əksər hallarda münaqişə vəziyyətlərinin siyasi həllini tapmaması səbəbindən onillər boyu insanların hüquq və azadlıqlarının tapdanılmış vəziyyətdə qalmasına baxmayaraq, problemin beynəlxalq ictimaiyyətin və medianın diqqətindən kənar qaldığını vurğulayıb. Azərbaycanda məcburi köçürülmə problemindən və onun köklərindən danışan daimi nümayəndə V.Sadıqov son 20 il ərzində ölkə hökuməti tərəfindən köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard ABŞ dolları məbləğində vəsaitin xərcləndiyini qeyd edib. Azərbaycanda məcburi köçkün probleminin davamlı həllinin Ermənistanın silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və könüllü şəkildə öz evlərinə qayıtmasının təmin edilməsindən ibarət olduğu bildirilib.
Panelist qismində tədbirdə çıxış etmiş ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məcburi köçkünlərə münasibətdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasətə dair ətraflı məlumat verib. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasının Azərbaycan hökumətinin başlıca prioriteti olduğunu bildirən F.İsmayılzadə bu siyasətin inkişaf mərhələləri, məcburi köçkünlərin yaşayış şəraiti və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb. O, məcburi köçkünlərin probleminin davamlı həllinin onların doğma yurdlarına qayıdışının təmin edilməsindən ibarət olmasını xüsusi vurğulayaraq ötən il 50 məcburi köçkün ailəsinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıtdığını qeyd edib.
Tədbirə sədrlik edən İnsan Hüquqlarının Təşviqi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi Azərbaycan hökumətinin siyasətini alqışlayaraq, ölkəmizin təcrübəsinin əsasında ölkə rəhbərliyinin güclü siyasi iradəsinin durduğunu və bu təcrübənin digər dövlətlər üçün yaxşı nümunə olduğunu bildirib. Azərbaycanın bu sahədə siyasəti, həmçinin panelist qismində çıxış etmiş Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru xanım Aleksandra Bilak tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, BMT qurumlarının təmsilçiləri və beynəlxalq QHT-lər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

