/ / Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb
Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb
06.03.2018 [10:22]
Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir.
AZƏRTAC xəbər verir ki, martın 5-dən etibarən növbəti layihəyə - aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə start verilib. Xatırladaq ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənmiş treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən sonra daha da genişləndirilib.
Bu il də MSK ikimərhələli treninq proqramı hazırlayıb. Martın 5-dən başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və martın 6-sı, 7-si və 9-u da daxil olmaqla, 4 gün davam etməsi nəzərdə tutulur. Müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla bütün səsvermə günü prosedurları barədə müfəssəl məlumat verilir. Tədbir zamanı, həmçinin MSK-nın Treninq Qrupunun mütəxəssisləri tərəfindən bir sıra aktual mövzularla bağlı çoxsaylı praktiki məşğələlər keçirilir, seçki günü müxtəlif səsvermə prosedurları səhnələşdirilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.
Treninqlərin ikinci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən on gün davam edəcək. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb və treninqlərin əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninq layihəsinin birinci mərhələsində əhatə olunan mövzularla eyni səpkidə aşağı seçki komissiyalarının üzvləri üçün təşkil ediləcək treninqlərdə seçki günü prosedurları ilə bağlı tam təfsilatlı məlumat veriləcək.
Aşağı seçki komissiyaları üzvlərinin treninqi zamanı hər bir məntəqə seçki komissiyası üzvünə təqdim edilməsi məqsədilə, həmçinin “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri də hazırlanıb.
Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlərin ümumilikdə 32 mindən artıq komissiya üzvünü əhatə etməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48

