/ / Elman Nəsirov: ABŞ-dakı erməni lobbisinin liderlərindən biri olan şəxsin etirafı erməni təbliğatının bel sütununu sındırdı
Elman Nəsirov: ABŞ-dakı erməni lobbisinin liderlərindən biri olan şəxsin etirafı erməni təbliğatının bel sütununu sındırdı
03.03.2018 [01:09]
ABŞ-ın Kaliforniya ştatının Senatında ermənipərəst senatorların və erməni diasporunun Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı fevralın 28-də keçirdikləri dinləmələrdə səslənən fikirlər “dil çaşar, düzünü deyər” atalar misalının təsdiqi kimi də dəyərləndirilə bilər. Həmin dinləmələrdə söz alan Amerika Erməni Assambleyasının ABŞ-ın qərb regionu üzrə direktoru Mihran Tumacan öz çıxışı ilə Xocalı soyqırımına münasibətdə dünya erməni diaspor və lobbisinin müdafiə etdiyi saxta arqumentləri tərksilah edən bir mövqe ortaya qoydu. Başqa sözlə, ABŞ erməni lobbisinin rəhbərlərindən biri olan M.Tumacan Xocalı soyqırımını Ermənistan silahlı qüvvələrinin törətdiyini etiraf etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Elman Nəsirov Mihran Tumacanın həmin etirafını xatırladıb: “Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda ... (dili dolaşır) gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildi, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.
Milli Məclisin deputatı deyib ki, 26 ildir Ermənistan rəhbərliyinin, ABŞ-dakı erməni lobbisi və diasporunun dəridən-qabıqdan çıxaraq Xocalı soyqırımında Ermənistan silahlı qüvvələrinin iştirak etmədiklərini qızğın şəkildə müdafiə etdikləri bir reallıqda erməni lobbisinin Amerikadakı liderlərindən biri olan bu şəxsin məlum etirafı erməni təbliğatının bel sütununu sındırdı. Erməni diaspor rəhbərinin özünü itirmiş halda məlum etiraflara imza atması onun özünün də bel sütununun taleyini böyük sual altında qoyacağını deməyə əsas verir. Bu şəxsin terroru həyat devizinə çevirmiş erməni siyasi dairələrinin qəzəbinə tuş gələcəyini təxmin etmək elə də çətin deyil.
Elman Nəsirov qeyd edib ki, anti-Azərbaycan mahiyyət kəsb edən bu dinləmələr başqa bir həqiqəti də üzə çıxardı. Erməni siyasi dairələrinə məlum oldu ki, artıq ABŞ-da və dünyanın bir çox ölkələrində vətənpərvər, savadlı xarici dilləri mükəmməl bilən azərbaycanlı gənclər nəsli yetişməkdədir və onlar dövlətimizin və xalqımızın milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməyə qadirdirlər. Kaliforniyada yaşayan azərbaycanlı icmanın gənc nümayəndələrinin qaldırdıqları məsələlər qarşı tərəfi olduqca çıxılmaz vəziyyətə salıb, elə bu səbəbdən də məntiqsiz və dolaşıq söz yığınından ibarət sayıqlamalarına səbəb olub. Soydaşlarımızın “Siz Sumqayıt hadisələrindən danışırsınız, bəs niyə Xocalı soyqırımı ilə bağlı susursunuz?”, “Siz nə üçün Ermənistanın etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə biganə qalırsınız?”, “Siz niyə bu dinləmələrdə azərbaycanlıları ittiham edirsiniz, lakin onların heç bir təmsilçisini rəsmi çıxış üçün dəvət etmirsiniz?” kimi kəskin sualları hələ uzun müddət ABŞ erməni lobbisi və diasporunun yuxusuna haram qatacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

