Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
22.02.2018 [09:50]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa həssas və qayğıkeş münasibət dayanır
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından bir il ötür. O, çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb, Azərbaycanın dünyada təbliği işinə misilsiz töhfələr verib. Xalqın dərin rəğbət və sevgisini qazanan Mehriban Əliyeva beynəlxalq aləmdə də böyük nüfuz sahibidir.
Çoxşaxəli fəaliyyət və hamilik missiyası
“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir...”, - deyən Mehriban Əliyeva elə bu amal və məramla da özünün ömür kitabını yazır, onu ildən-ilə daha parlaq səhifələrlə zənginləşdirir. 2004-cü ildən Ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların bərpası və yenidən qurulması istiqamətində misilsiz xidmətlər göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrinin - ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision-2012”nin, birinci Avropa Oyunlarının, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi. Mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi.
Heydər Əliyev Fondunun humanitar layihələri ölkə hüdudlarından kənarda da uğurla reallaşdırılır: Pakistanda qızlar üçün məktəb binasının tikilməsi, Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması... Bu siyahını xeyli uzatmaq olar.
Əlbəttə, bu çoxşaxəli fəaliyyət ölkəmizin dünyada təbliğinə xidmət etməklə yanaşı, xalqımızın malik olduğu zəngin dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır. Məhz xalqı və dövləti qarşısında misilsiz xidmətləri nəzərə alınaraq, Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu.
Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”, - bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi və bununla bağlı ciddi tapşırıqlar verdi. Çox keçmədən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində yeni binaların tikintisinə başlanıldı. Bu istiqamətdə işlər indi də uğurla davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni və rahat mənzillərə köçürülüb.
2017-ci ilin yaddaqalan hadisələrindən biri də IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə uğurla keçirilməsi oldu. Yarışların böyük peşəkarlıqla təşkili, idmançılarımızın parlaq qələbələri bütün dünyaya ölkəmizin gücünü və potensialını bir daha nümayiş etdirdi. Əlbəttə, yarışların yüksək səviyyədə keçməsi, ilk növbədə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin xidməti idi.
“Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!”. Bu fikirləri yarışların bağlanış mərasimindəki çıxışında səsləndirən Mehriban Əliyeva, həm də bütün İslam ölkələrinə həmrəylik çağırışı etdi.
Birinci vitse-prezidentin aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşməsi, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin məhz onun təşəbbüsü ilə reallaşması bir daha göstərdi ki, Mehriban Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğıkeş münasibət dayanır.
Sevgidən doğan sevgi
Təltif olunduğu çoxsaylı beynəlxalq mükafatlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyadakı nüfuzunun göstəricisidir. Fransanın “Şərəf Legionu” ordeni, UNESCO-nun Qızıl “Motsart medalı”, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni... Bu mükafatların hər birinin arxasında bilik və bacarıq, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqa, Vətənə, insanlığa sevgi dayanır.
Mehriban Əliyevanın ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan tükənməz sevgisidir, necə deyərlər, sevgidən doğan sevgidir.
AZƏRTAC
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55

