/ / Moskvada Milli Məclis sədrinin birinci müavininin Rusiya Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşü olub
Moskvada Milli Məclis sədrinin birinci müavininin Rusiya Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşü olub
21.02.2018 [10:29]
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Moskvada səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, fevralın 20-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova ilə görüşüb. Görüşdə MDB Parlamentlərarası Şurası (MDB PA) baş katibinin müavini, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da iştirak edib.
Görüşdən sonra Ziyafət Əsgərov jurnalistlərə bildirib ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə o, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib.
Ziyafət Əsgərov deyib: “Bizim ekspert qrupumuz Rusiya Konstitusiyasına və ölkənin seçki haqqında Qanununa uyğun olaraq sənəd layihəsi hazırlayıb. Layihə üzərində MDB ölkələrindən tanınmış ekspertlər işləyiblər. Müşahidə qrupu iki qısamüddətli və uzunmüddətli müşahidə forması həyata keçirir. Artıq fəaliyyətə başlamış uzunmüddətli missiyada 19 müşahidəçi, qısamüddətli missiyada isə 40-a yaxın müşahidəçi var. Uzunmüddətli missiyada müşahidəçilərimiz Rusiyanın müxtəlif regionlarında işləyirlər. Qısamüddətli missiya isə seçkilər günü Rusiyanın şəhər və rayonlarında müşahidə missiyasını həyata keçirəcək”.
Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müşahidə qrupunun vəzifəsi Rusiyada prezident seçkilərinin şəffaf, ölkə Konstitusiyasına tam uyğun şəkildə keçirilməsinə nəzarət etməkdir. “MDB-nin üzvü olan ölkələrin hamısı seçkiləri izləmək üçün Rusiya Dövlət Dumasının dəvətini alıb. Ümid edirik ki, onlar müşahidə missiyasında iştirak edəcəklər”, - deyə Ziyafət Əsgərov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

