Paris “Haute Couture Fashion” həftəsinə qoşulan “Nargis” jurnalı 5 yaşını qeyd edib
30.01.2018 [10:06]
“Nargis” jurnalı Azərbaycanın Fransadakı səfirliyinin, “Tattigner Champagne”, “BF Travel”, “Gyunel”, “Le Louis XV”, “Maison Samadi” şirkət və markalarının birgə təşkilatçılığı ilə Parisdə təşkil edilən “Haute Couture” moda həftəsi çərçivəsində təntənəli şəkildə 5 yaşını qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein, onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu şəhərinin meri Erik Berdoati, moda aləminin Jan-Klod Jitrua, Stefan Rollan, Yasin Samoylov, Tilman Grav, Liviya Stoyanova, Marcello Jones, Brigitte Sabi, Kristof Gilerme kimi tanınmış üzvləri, “Dior” muzeyinin direktoru Filipp Lö Moll, “Damiani”, “Bulgari”, “Van Cleef & Arpels”, “Chanel”, “Louis Vuitton”, “Piaget” kimi məşhur markaların nümayəndələri, moda sahəsində məşhur beynəlxalq nəşrlərin baş redaktorları, moda tənqidçiləri, eləcə də biznes və sənət dünyasında tanınmış şəxslər iştirak ediblər.
“Nargis” tədbir çərçivəsində 1934-cü ildən fəaliyyət göstərən “Studio Harcourt Paris” əfsanəvi fotostudiyasını əməkdaşlığa dəvət edib. Fotostudiyanın satış direktoru Paulina Rust-Johnkman ilk dəfə fotolarında loqosunu “Nargis” jurnalının adı ilə birgə yerləşdirməyə razılıq verib. Tədbir iştirakçıları “Nargis” və “Harcourt” loqoları ilə xatirə fotoları çəkdiriblər.
“Nargis”in yaradıcılıq axtarışı və inkişaf tarixinə həsr olunmuş maraqlı fotosərgi, musiqi proqramı, Azərbaycan və xüsusilə də, “Nargis” üçün çalışan “Gladys Perint Palmer” kimi beynəlxalq fotoqrafların və illüstratorların əsərləri, isti və səmimi mühit tədbir iştirakçılarının yaddaşında uzun müddət qalacaq.
Ülviyyə Mahmudovanın eskizləri əsasında kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində işlərini təqdim edib.
Paris moda həftəsi çərçivəsində Azərbaycanın 5 yaşlı “Nargis” jurnalı dünyanın nəhəng moda evləri ilə eyni sırada dayandı. Jurnalın baş redaktoru Ülviyyə Mahmudova və moda şöbəsinin redaktoru Leyla İmanova moda paytaxtında keçirilən moda nümayişlərində iştirak ediblər.
“Christian Dior” moda evinin nümayişinin ilk sırasında “Nargis”in nümayəndələri Olivia Palermo, Monika Bellucci, Vincent Cassel, Alla Verber, Evelina Khromtchenko, Naomi Campbell, Emanuele Farneti kimi ulduzlar və moda dünyasının tanınmış ekspertləri ilə eyni sırada dayanıb.
“Nargis” jurnalı moda həftəsinə Azərbaycandan ilk dəvət alıb və rəsmi olaraq “Fashion Week” media sisteminə müstəqil nəşr kimi daxil olub. Bu nailiyyət ölkəmizdə moda media sənayesinin inkişafı və Avropada ölkəmizin mədəniyyətinin təbliği üçün böyük əhəmiyyət kəsb edir.
“Nargis” jurnalının əsas məqsədi moda sənayesinin və media qruplarının nümayəndələrini oxucularına, eləcə də Azərbaycanın dizayner, qrafist və fotoqraflarını beynəlxalq səviyyədə tanıtmaqla beynəlxalq media bazarında tanınan brend olmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36

