/ / Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
20.01.2018 [01:28]
2016-cı ildə aprel döyüşlərindən sonra 2017-ci ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində intensiv və substantiv danışıqlar ili kimi yadda qalması Azərbaycanın xarici siyasətinin uğurudur. Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirdiyi görüş də ötənilki intensiv danışıqların davamı kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, bu görüşün nəticəsini analiz etmək üçün, ilk növbədə, 2018-ci ilin ilk günlərində problemi həll edəcək güc mərkəzlərinin mövqelərinə diqqət etmək və buradakı yeni impulsiv fikirləri nəzərdən keçirmək lazımdır. Problemin həllində mühüm strateji mövqeyə sahib, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu günlərdə mətbuata açıqlama verərkən ilk dəfə problemin mərhələli həlli yolundan danışdı. Bu mövqeyin dövlətimizin yürütdüyü siyasətlə üst-üstə düşdüyünü deyən deputat Lavrovun fikrinin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də haqlı olaraq alqışlandığını bildirib. Rusiyanın xarici işlər naziri 2018-ci ildə danışıqlara yeni impulsların daxil ola biləcəyinə işarə etdi. Əgər iki il bundan əvvələ diqqət yetirsək, Rusiyanın xarici siyasətində köklü dəyişikliklərin olacağı ilə bağlı Lavrovun fikirlərini xatırlasaq, onda problemin həlli ilə bağlı ən azı rəsmi Moskvanın yeni yanaşmasının meydana gəldiyini deyə bilərik. Lakin Dağlıq Qarabağ problemini həll etmək üçün ATƏT-in digər həmsədrləri də konkret siyasi iradə nümayiş etdirməlidirlər. İki gün əvvəl BMT-nin baş katibi Antonio Quterreşin də problemin həlli ilə bağlı çağırışı oldu. Bütün bunlar ümidvericidir, diplomatiyamızın gərgin işinin, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. Bu siyasi proses beynəlxalq və regional geosiyasi vəziyyətin lehimizə dəyişməsidir və yüksək qiymətləndirilməlidir. Ancaq problemin həlli üçün mütləq həmsədr ölkələr beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməlidirlər.
Hikmət Babaoğlu deyib ki, bəzi həmsədr ölkələrin baş diplomatları zaman-zaman işğalçı ölkənin xarici işlər nazirinə direktivlər verirlər və biz bunu yaxşı bilirik. Ancaq hazırda vəziyyət bir qədər başqadır. Azərbaycan mühüm əhəmiyyətli ölkədir və onunla hesablaşmanın vaxtının çatdığını hamı hiss edir. Beynəlxalq siyasi proseslərin paradiqmaları və keyfiyyəti o qədər sürətlə dəyişir ki, Azərbaycanın problemi həmsədrlərsiz belə həll edə bilmə imkanları, ehtimalı artır. Bunu işğalçı Ermənistan da, onu himayə edənlər də dərk edirlər.
Milli Məclisin deputatı vurğulayıb ki, danışıqların intensivləşməsi Azərbaycanın güclənməsi və beynəlxalq nüfuzunun, hərbi-siyasi gücünün artması ilə bağlıdır. Eyni zamanda, Azərbaycan regionda olduqca mühüm əhəmiyyətli iqtisadi layihələr həyata keçirir və işğalçı Ermənistan bunların hamısından kənarda qalır. Bunu orta və uzunmüddətli perspektivdə Azərbaycanın daha da güclənməsi, Ermənistanın isə zəifləməsi kimi analiz edən Hikmət Babaoğlu həmsədrlərin bu gerçəkliyi başa düşdüyünü söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10

