Azərbaycan-Qətər münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir
16.12.2017 [00:53]
Bakıda Qətərin milli bayramı qeyd edilib
Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 14-də rəsmi qəbul təşkil edib. Rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, səfirlərin, jurnalistlərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi rəsmi qəbulda öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən səfir Yusif bin Həsən əl-Sai ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Ölkələrimiz arasında əlaqələrə toxunan səfir Azərbaycan-Qətər münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, bu ilin yanvarında keçirilən Qətər və Azərbaycan hökumətləri arasında birgə iqtisadi, ticari və texniki komissiyanın birinci toplantısının əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Dohaya etdiyi tarixi səfərin iki dost ölkə arasındakı münasibətlərin inkişafına təkan verdiyini söyləyib. Qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik edib. Nazir deyib ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələrin əsasının 1994-cü ildə qoyulduğunu deyən nazir bildirib ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən rəsmi səfər və bu səfər çərçivəsində iqtisadiyyat, mədəniyyət, turizm, səhiyyə və idman kimi sahələrdə imzalanmış müvafiq sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə təkan verib.
2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana rəsmi səfəri və səfər zamanı əldə edilmiş razılaşmalar iki ölkə arasındakı əlaqələrin sürətli inkişafı üçün möhkəm zəmin yaradıb. Hər iki dövlətin rəhbərləri səviyyəsində olan səmimi və yüksək etibara söykənən münasibətlər ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın yüksək templərlə genişlənməsi üçün əsas yaradıb. Hazırda iki ölkənin müxtəlif sahələrdə, o cümlədən fövqəladə hallarla mübarizə və mülki müdafiənin təşkili sahəsində əməkdaşlıq etdiyini deyən nazir istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
NADİR
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26

