/ / Hikmət Babaoğlu: Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda sərhədlərin açılması qeyri-mümkündür
Hikmət Babaoğlu: Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda sərhədlərin açılması qeyri-mümkündür
24.08.2017 [09:53]
“Ermənistan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlamasını öz işğalçı məqsədləri üçün yozmağa çalışır”. Bu fikri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, bəzən bu cür açıqlamalar ümumi siyasi nəbzi yoxlamaq üçün də verilir: “Ermənistanın xarici siyasəti o qədər bərbad gündədir ki, rəsmi Yerevan hər hansı bir açıqlama olar-olmaz, onu dərhal öz işğalçı məqsədləri üçün, öz mənafeyi baxımından yozmağa çalışır və artıq özünü şərt qoyan tərəf kimi görməyə başlayır. Birincisi, Avrasiya İqtisadi İttifaqı elə bir birlikdir ki, orada bütün şərtləri diktə edən hegemon mərkəz var. Əgər sabah kimsə Avrasiya İttifaqına qoşulacaqsa, bu zaman Ermənistanın rəyi belə soruşulmayacaq. İkincisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda, qondarma “erməni soyqırımı” ilə Türkiyəni şantaj etdiyi halda iki ölkə arasında sərhədlərin açılması və ya Ermənistanın hər hansı bir şərt qoyması mümkünsüzdür. Çünki ən yaxın siyasi tariximizin təcrübəsi onu göstərir ki, belə hallarla spekulyasiya etmək bir yerə qədərdir, ondan sonra mümkün olmur”.
Millət vəkili bildirib ki, 2009-cu ildə də “sülh protokolları” məsələsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya atılmışdı, amma göründüyü kimi, baş tutmadı: “Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə münasibətləri “bir millət, iki dövlət” fəlsəfəsinə söykənir, Azərbaycan və Türkiyənin strateji maraqları son dərəcə üst-üstə düşür. Ona görə də istər hər hansı regional təşklilatlarla münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarla münasibətlərdə Türkiyə ilə Azərbaycan öz fəaliyyətlərini koordinasiya edərək, hər iki dövlətin maraqları nöqteyi-nəzərindən çıxış edərək qərarlar qəbul edirlər. Düşünürəm ki, əgər gələcəkdə Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması kimi bir məsələ həqiqətən də siyasi gündəmi məşğul edən ciddi bir məsələ kimi qoyulacaqsa, onda tarixi strateji müttəfiq olan iki qardaş ölkə mütləq bunu müzakirə edəcək və ortaq maraqlardan çıxış edəcək. Ona görə də Ermənistanın indiki bəyanatı siyasi manipulyasiyadan başqa bir şey deyil, yalnız və yalnız ermənilərin özlərinə təsəlli vermələri üçündür”.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26

