/ / “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Türkiyə-Azərəbaycan qardaşlığı bütün proseslərin fövqündə dayanır
“Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Türkiyə-Azərəbaycan qardaşlığı bütün proseslərin fövqündə dayanır
24.08.2017 [09:52]
Erməni mətbuatı və ermənipərəst mərkəzlər isə guya sərhədlərin açıla biləcəyinə dair dezinformasiyalarla yalnız özlərini aldada bilərlər
Bir neçə gün öncə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük anlaşması imzalaya biləcəyini bəyan etməsi işğalçı Ermənistanda ajiotaja səbəb olub. Daha doğrusu, bu xəbər erməni ekspertlərini və siyasətçilərini boş xəyallara qapılmağa, eyni zamanda, sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmək cəhdində bulunmağa sövq edib. Belə ki, erməni ekspertlərinin iddialarına əsaslanan Ermənistan KİV-i Türkiyənin AİB-ə girməsi üçün orada təmsil olunan Ermənistanla da sərhədlərin açılmasının gərəkliliyini “təbliğ etməkdədir”. Eləcə də bu ölkənin XİN-i bir az da qabağa gedərək Türkiyənin AİB ilə anlaşma imzalaması üçün Ermənistanın “razılığına” ehtiyac duyulduğunu bəyan etməkdədir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, istər ermənipərəst mərkəzlər, istər Ermənistan rəsmiləri, istərsə də erməni mətbuatı 2009-cu ildən etibarən zaman-zaman sərhəd məsələsini gündəmə gətirməyə cəhd göstərsələr də, son nəticədə fiaskoya uğrayıblar. Çünki Türkiyə rəsmiləri, bu ölkənin ictimaiyyəti hər belə cəhddən sonra birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün deyil.
Daha dəqiq desək, sərhədlərin açılması məsələsi Sürix protokollarının gündəmə gəlməsi ilə müzakirə mövzusuna çevrilmişdi. Həmin dövrdə sözügedən protokolların icra edilməməsinin əsas səbəbləri isə Azərbaycan və Türkiyə ictimaiyyətlərinin reaksiyaları idi. Nəzərə alınmalıdır ki, protokolların imzalanma səbəbləri də bəlli idi. Belə ki, Türkiyənin Avropa Birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri məhz Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılmasını təmin etmək idi.
Lakin o dövrdə Türkiyənin Baş naziri olan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də qardaş ölkənin digər dövlət rəsmiləri açıq şəkildə sərhədlərin mövcud şərtlər altında açılmasının mümkünsüzlüyünü bəyan etmişdilər. Məsələn, həmin vaxt Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə mayın 13-də Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanatda bir daha bildirmişdi ki, Dağlıq Qarabağ işğaldan azad edilməyəcəyi təqdirdə Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.
Bütün bunlarla yanaşı, işğalçı ölkənin təmsilçilərinin Türkiyənin hansısa “şərt”lər və ya “razılıq” qarşısında AİB-lə anlaşma imzalaya biləcəyinə dair iddialar, fikirlər səsləndirməsi isə sadəcə gülünc görünür. Görəsən “forpost dövlət” statusu daşıyan Ermənistan nə vaxtdan hansısa məsələdə “şərt qoyan tərəf” olub? Bir sözlə, başqa bir ölkənin diktəsi ilə hərəkət edən, öz xarici, hətta daxili siyasətini belə başqa bir ölkənin əmrləri ilə istiqamətləndirən Ermənistanın “boyundan hündürə tullanmaq” cəhdi, təbii ki, yalnız acı ironiya yarada bilər.
Digər tərəfdən, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmamasının, sərhədlərin qapadılmasının yeganə səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil. Belə ki, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bundan başqa, Ermənistan özünün qondarma “soyqırımı” iddialarını geri çəkmir. Yeri gəlmişkən, Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında belə Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd edilirdi. Bu isə bir daha təsdiqləyir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə qondarma “soyqırımı”nın tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından geri durmaq fikrində deyillər. Sadəcə olaraq, yalanlarını min yerə yozmaqla öz niyyətlərini büruzə verirlər.
Ən əsası isə Türkiyə və Azərbaycanın tarixi eyni kökdən qaynaqlanır. Müasir dövrümüzdə də Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnək sayılan münasibətlər fonunda inkişaf etdirilir. Təbii ki, bunun da əsasında münasibətlərin dərin tarixi köklər üzərində qurulması faktı dayanır. Əsrlər boyu eyni soy-kökə malik olan bu xalqlar birlikdə yaşayıb, birlikdə mübarizə aparıb və birlikdə qurub-yaradıblar. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ardından isə Türkiyə-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoydu. 1994-cü ildə Azərbaycanın təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” layihəsinin son dayanacağı kimi məhz Türkiyənin seçilməsi də təsadüfi deyildi. Bir sözlə, vurğuladığımız kimi, geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir.
Bütün bunların fonunda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya yaxın vaxtlarda gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Sonda bir daha vurğulayaq ki, Azərbaycanla Türkiyə ermənilərin bu çirkin niyyətlərinə öz möhkəm qardaşlığı ilə cavab verir. Tarixin hər səhifəsində bir-birinə arxa, dayaq olan qardaş dövlətlər hər zaman “bir millət, iki dövlət” olduqlarını əməldə, fəaliyyətdə sübuta yetirirlər. Dünyanın aparıcı beynəlxalq təşkilatlarında eyni mövqedən çıxış edən Azərbaycan və Türkiyə qondarma “soyqırımı” və Dağlıq Qarabağ münaqişəsi məsələsində, o cümlədən digər məsələlərdə eyni hədəfə istiqamətlənən xarici siyasət kursu həyata keçirir. Ümummilli məsələlərdə istər Azərbaycan, istərsə də Türkiyə cəmiyyəti eyni mövqeyi bölüşürlər. Bu baxımdan, erməni mətbuatı və ermənipərəst mərkəzlər guya sərhədlərin açıla biləcəyinə dair gülünc iddialarla, dezinformasiyalarla yalnız özlərini aldada bilərlər. Çünki sağlam təməllər üzərində qurulan, “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı bütün proseslərin fövqündə dayanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54

