Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirilib

Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirilib

18.08.2017 [09:48]

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Rusiya Federasiyasının BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi Vasili Nebenzya ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsindən, xüsusilə hər iki ölkə prezidentinin dostluq münasibətlərindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və bu xüsusda BMT yanında daimi nümayəndəliklər arasında təmasların əhəmiyyətini vurğulayıblar.

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30